Bu bitki sizi qocalmağa qoymayacaq

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 5 557
  • 0 rəy

Bu bitki sizi qocalmağa qoymayacaq.
Yüz illər boyu zirincin müalicəvi təsirindən faydalanan insanlar onun əvəzedilməz təsir gücünə sahib olduğunu bilirlər.bMüasir tibb təbabəti də zirincin möcüzəvi bitki olduğunun təsdiqləyir. Çində 700 ildən bəri müxtəlif xəstəliklərin müalicəsində zirincin faydasının görən həkimlər bütün dünyanın diqqətini bu bitkiyə çəkmişlər. Nəticədə isə ötən əsrin tibb təbabəti zirincin insan orqanizminə nə qədər faydalı olduğunu tam təsdiq etmişdir.
1. Zirinc orqanizmin qocalmasının sürətini azaldır. Onun lifli quruluşu və antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir.
2. Zirinc psixoloji problemlərin aradan qalxmasında yardımçı olur və uzun müddər qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır.
3. Zirinc tərkibində olan C vitamini sayəsində orqanizmin bu vitaminə qarşı olan təlabatını ödəyir və müqviməti artırır.
4. Zirinc tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir.
5. Bu meyvə mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır. Gün ərzində zirinc dəmləməsini içənlər onun faydasının görə bilərlər.
6. Zirinc cinsi hormonların fəaliyyətinin artırmaqla sonsuzluğun aradan qalxmasında yardımçı olur. Onun gündəlik qəbulu sperma hüceyrələrini canlandırır.
7. Çində həkimlər II dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etməyi tövsiyə edirlər. Çünki onun qanda insulin və şəkəri normallaşdırmaq kimi bir xüsusiyyəti var.
8. Zirinc qanda xolesterolun miqdarını azaldır.
9. Zirincin tərkibində A vitamini, beta karotin, zeaksantin olduğuna görə gün ərzində bir ovuc qəbul etmək gözün görmə qabiliyyətini artırır.
10. Zirinc orqanizmdəki yorğunluğu və halsızlığı aradan qaldırır və enerjini artırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu bitki sizi qocalmağa qoymayacaq" haqqında müzakirə