Mən aşağıdakı təbii vasitələrdən istifadə edərək metobolozmimi sürətləndirdim və arıqladım
Bu vasitələrə aşağıdakılar aiddir:
Dəmləmə
Arıqlamaq üçün ən yaxşı təbii vasitə bəzi dərman bitkiləridir.Bu bitkilərdən hazırlanan müxtəlif dəmləmələr metobolizmi sürətləndirməklə artıq piylərin əriməsinə səbəb olur.Metobolizmi sürətləndirən bitkilərə razyana,yemişan kökü,acı nanə,zəngcicəyi kökü,cəfəri aiddir.Bu təbii vasitələrin hərəsindən eyni miqdar götürülüb qarışdırılır.Hər gün bu qarışımdan 1 xörək qaşığı su vannasında 20-30 dəqiqə dəmlənir və gün ərzində 3 dəfə,hər dəfəsində 1 xörək qaşığı içilir.
İsti vanna
İsti vanna tər ifrazını sürətləndirir,qan dövranını yaxşılaşdırır və yağların yanmasını sürətləndirir.Vannanın suyuna cökə çiçəyi,nanə yarpaqları və ya dəvədabanı çiçəyi qatıldıqda vanna qəbulunun effekti daha da yaxşı olur.
Sauna
Metobolozmi sürətləndirən prosedurlardan biri də saunada tərləməkdir.Saunaya girdikdə orqanizmdən artıq duzlar,şlaklar,toksinlər dəri vasitəsilə xaric olunur.Lakin sauna qəbul edən zaman suyun qaynarlığını və prosedurun miqdarını nəzarət altında saxlamaq lazımdır.Bu ürək-damar sistemi xəstəlikləri riskini azaldır.
Massaj
Qan dövranını yaxşılaşdıran və metobolizmi sürətləndirən vasitələrdən biri də massajdır.Massaj qan damarlarının fəaliyyətini sürətləndirir,əhval-ruhiyəni yüksəldir,insanın əmək qabiliyyətini artırır,qanın yaxşı işləməsini təmin edir,stressi aradan qaldırır maddələr mübadiləsini yaxşılaşdırır.Amma,arıqlamaq məqsədilə edilən massaj profesionallar tərəfindən edilməlidir.Çünki,bu zaman ümumi massaja deyil,hissəvi - yəni piylənmə prosesi gedən nahiyəni massaj etməyə ehtiyac duyulur.
Yuxu
Arıqlamaq istədikdə normal yuxunu da yaddan çıxarmaq lazım deyil. İnsanın yatarkən enerji sərf etdiyini və metobolozminin normallaşdığını mütəxəssislər dəfələrlə sübut edib.Normal yuxu insana özünü rahat hiss etdirir ki,bu da maddələr mübadiləsini sürətləndirməklə arıqlamağa səbəb olur.Sağlam şəkildə arıqlamaq üçün müxtəlif vasitələrdən əlavə yuxu rejimini də qaydaya salmaq əsas şərtlərdən biridir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Mən aşağıdakı təbii vasitələrdən istifadə edərək metobolozmimi sürətləndirdim və arıqladım" haqqında müzakirə