NEFROTIK SINDROM
Nefrotik sindromun əlamətləri kompleksi olub, proteinuriya, hipoproteinemiya, hiperxolesterinemiya və ödemlə xarakterizə olunur. Xəstəliyin əmələ gəlməsində immun-iltihabi, autoimmun, metobolik vı irsi xəstəliklərin rolu olduğu söylənilir. Çox zaman xəstəlik hamiləlik nefropatiyaları, böyrək venalrının trombozu, allergik və dərman xəstəlikləri zamanı inkişaf edir.
PATOGENEZİ: Xəstəliyin patogenezində immunn sistem xəstəlikləri mühüm rol oynayır. Xəstəliyin əsas əlaməti sayılan proteinuriyanın baş verməsinin səbəbi ,son illərdə böyrək damar süzgəcinin dəyişikliyi və ən əsas kapilyar ilgəyin divarının daimi elektirik yükünün azalması ilə izah olunur.
PÖATOLOJİ ANATOMİYA: İlk növbədə xəstəliyə xas olan əsas əlamətlər meydana çıxır. Müayinə zamanı böyrək kanalcıqlarının distrofiyası, epitel hüceyrələırin bazal hissəsində lipid çöküntülər aşkar edilir.
KLİNİKASI: Xəstələr ödemdən, içtahsızlıqdan, halsızlıqdan şikayət edirlər. Ödemlər həddən artıq olub, bəzən hidrotoraks, assit, bəzən isə hidroperikard verir.
Böyük ödemlərdə bud, qarın, döş qəfəsinin yan nahiyyələrində zolaqlar əmələ gəlir, dəri distrofik, quru olur, tüklər və dırnaqlar kövrəkləşir. Mədəaltı vəzin funksiyasında da dəyişikliklər meydana gəlir, ürək tonları karlaşır, anemiya və taxikardiya meydana çıxır.
Qalxanabənzər və böyrəküstü vəzilərin funksiyaları aşağı düşür, oliquriya, lipidemiya artır.
MÜAYİNƏSİ: Müayinə zamanı sidikdə çoxlu proteinuriya aşkarlanır, sidikdə albuminlər tapılır, eritrositlər aşkar edilir. Böyrək epitelisində artıq katobolizm və zülalın bağırsaq vasitəsilə xaric olunması baş verir, böyrəyin funksiyası aşağı düşür.
MÜALİCƏSİ: Xəstəliyin əsas müalicəsilə yanaşı xüsusi müalicə tədbirləri aparılır. Pəhriz duzsuz olur, qidada zülalın miqdarı bədən çəkisinə uyğun hesablanaraq qəbul edilir. Xəstəyə sidikqovucu dərmanlarla yanaşı müxtəlif preparatlar təyin edilir. Xəstəliyin remissiya dövründə xəstəyə böyrək sanatoriyalarına getmək məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"NEFROTIK SINDROM" haqqında müzakirə