Xronik tofusli podaqra
Xronik tofuslu podaqra tofusların inkişaf etməsi, xronik artrit, böyrəklərin zədələnməsi və sidik daşı ilə xarakterizə olunur. Spesifik müalicə aparmadıqda xəstələrin yarısından çoxunda tofuslar inkişaf edir. Tofusların əmələ gəlməsi xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılıdır. Tofuslar praktik olaraq orqanizmin aşağıdakı nahiyyələrində rast gəlinir:
– əl və ayaq barmaqlarında
– diz oynaqlarında
– dirsəklərdə
– qulaq seyvanında
– dərialtı və dəriçi nahiyyədə
– daxili orqanlarda.
Bəzən əmələ gəlmiş tofusların üzərindəki dəri yaralanır və oradan pastayabənzər ağ maddə xaric olunur.
Tofusların tez meydana çıxması yuvenil podaqrannın bir sıra formalarında, diuretik qəbul edən yaşlı qadınlarda, miyeloproliferativ xəstələrdə, hiperurikemiyalı böyrək xəstələrində rast gəlinir.
Xroniki hiperurikemiyanın böyrək fəsadlaşmaları tofuslu podaqranın əmələ gəlməsində əsas rol oynayan amillərdəndir. Bu zədələnmələrə aiddir:
– sidik daşı xəstəliyi
– xronik urat nefropatiyası
– nefroskleroz
– ağır arterial təzyiq
– böyrəklərin funksiyasının pozulması.
Xəstəliyə diaqnozun qoyulmasında laborator müayinələrin, pentgenoloji müayinələrin və böyrək xəstəliklərinin öyrənilməsinin rolu böyükdür.
Müalicə kompleks olaraq təyin edilir. Müalicənin əsas prinsipi purin mübadiləsinin normallaşdırılmasından, podaqra artritinin ağrı tutmalarının aradan qaldırılmasından və zədələnmiş oynağın hərəkətinin bərpa edilməsindən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xronik tofusli podaqra" haqqında müzakirə