Eritremiyanın kliniki əlamətləri

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 1 872
  • 0 rəy

Eritremiyanın kliniki əlamətləri
Eritremiya xoşxassəli leykoz olub aşağıdakı sindromlarla özünü göstərir:
- subyektiv sindromlar
- ürək-damar sistemi pozğunluqları
- laborator göstəricilər
Ereitremiya xəstələrinin subyektiv sindromlarına baş ağrıları,baş gicəllənmə,görmənin pozulması,dəridə geyişmə,əl barmaqlarında sianotik çalarlar və ağrılar,yanma hissi və s. aiddir.
Ürək-damar sistemi pozğunluqları özünü dəri və görünən selikli qişaların eritrosianoz tipli rəng dəyişməsi,yumşaq əsnəyin bərk əsnəyə keçdiyi yerin rənginin dəyişməsi,arterial təzyiqin,trombozun olması aiddir.Trombozdan başqa baldırların ödeminin də baş verməsi eritremiya üçün xarakterik olan xüsusiyyətlərdən sayıla bilir.
Eritremiya zamanı baş verən patologiyalar laborator göstəricilərdə özünü göstərir.Xəstəlik zamanı hemoqlabin və eritrositlərin səviyyəsinin yüksəlməsi,hematokrin və qanın özüllüyünün artması,yüngül leykositoz,tronbositoz,EÇS-in kəskin azalması qeyd olunur.
Eritremiya zamanı qara ciyərin və dalağın böyüməsi müşahidə olunur.Bəzi xəstələrdə daxili orqanların zədələnməsi baş verir ki,bu da onların əmək qabiliyyətlərinin aşağı düşməsinə səbəb olur.
Xəstəlik proqressivləşdikcə damarların çoxqalınlığı və neyrovaskulyar pozğunluqlar baş verir ki,bu zaman xəstələrədə baş ağrıları,eritromelelgiya,görmənin pozulması meydana çıxır.
Bəzən eritremiya insult və ya infarktın müayinəsi zamanı meydana çıxır.
Eritremiya baş beyinin damarlarının trombozuna və ürəkdə patologiyalara səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Eritremiyanın kliniki əlamətləri" haqqında müzakirə