Kəskin qaraciyər çatışmazlığı
KLİNİKİ MƏNZƏRƏSİ: Xəstəlik ağır forma virus hepatitinə xas əlamətlərlə özünü göstərir. İştaha tam itir, yeməyə qarşı ikrah əmələ gəlir, qoxu hissi təhrif olunur, ürək döyüntüləri artır, arterial təzyiq aşağı düşür. Xəstələrdə hemorragik əlamətlər – səpgilər, burundan, diş ətindən, iynə yerlərindən qanaxma xəstəliyin daha da ağırlaşdığını göstərir. Kəskin qaraciyər çatışmazlığının ilk mərhələsində qaraciyərin ölçüləri kiçilir, qaraciyər yumşalır və ağrılı olur, hətta sağ qabırğa altında ağrılar baş verir. İlk vaxtlarda başgicəllənmə,”uçuruma düşmək” kimi hissiyat olur.
DİAQNOZU: kliniki anamnez məlumatlarına əsasən qoyulur. Diaqnoz qoyulan zaman xəstənin B, C, D hepatitlə xəstələnməsi, bəzi hepatotrop dərman maddələrini ( barbituralar, narkotiklər, vərəm əleyhinə preparatlar, fenotiazidlər, tetrasiklin preparatları) qəbul edib – etməməsi nəzərə alınır. Laborator müayinələrin nəticələri əsas götürülür.
MÜALİCƏSİ: Müalicədə əsas məqsəd həyati vacıb orqanların funksiyalarını tənzim etməklıə qaraciyərin funksiyasını bərpa eləməkdən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəskin qaraciyər çatışmazlığı" haqqında müzakirə