Toksik fibrozlaşan alveolit

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 062
  • 0 rəy

Toksik fibrozlaşan alveolit
Toksik fibrozlaşan alveolit ağ ciyərlərdə parenximaya toksik maddələri və dərman vasitələrinin təsiri nəticəsində əmələ gələn patoloji prosesdir.
Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə məlum deyil.Amma xəstəliyin virus etiologiyalı olması,onun əmələ gəlməsinin autoimmun mexanizmi barədə fərziyələr var.
Ekzogen allergik alveolitlərin əsas etioloji faktoru bəzi mikroorqanizmlər, yad zülallar və çoxlu miqdarda nəfəs yollarına düşən daha sadə kimyəvi maddələrdir.Etioloji planda allergik alveolitin klinikası bronxial astmanın əlamətləri ilə eynidir.
Alveolitlərin aşağıdakı formaları ayırd edilir:
* Fermer ağ ciyəri
Ən çox ferma işləyənlər arasında rast gəlinir.Bunun səbəbi kiflənmiş samandır.
* Quşçunun ağ ciyəri
Xəstəliyin əmələ gəlmə səbəbi toyuqların,quşların ifrazatında olan mikroorqanizmlərdir.Xəstəliyə ən çox quşçuluq fermasında işləyənlər,göyərçin saxlayanlar arasında rast gfəlinir.
* Maya hazırlayan fəhlənin ağ ciyəri
Buğda ambarında işləyənlərə kiflənmiş buğda və yulafın sporları və buğda biti tərəfindən yoluxdurulur.
* Pendir hazırlayanın ağ ciyəri
Kiflənmiş pendirlər xəstəliyin əmələ gəlməsinə səbəb olur.
* Kimya sənayesi işçisinin ağ ciyəri
Buraya kimya sənayesi,əczaçılıq,tekstil,ağac emalı fabriklərinin işçiləri aiddir.Xəstəliyin əmələ gəlməsinə kimyəvi tozcuqların ağ ciyərlərə təsiri səbəb olur.
Xəstəlik ağ ciyər kapilyarlarının və alveollarının zədələnməsi ilə müşayət edilir.Bu zaman ağ ciyər toxuması arı pətəyinə oxşar şəkil alır.Xəstələrdə quru ökürək və ya bəlğəmli öskürək olur.Dəridə sianozun baş verməsi,təngnəfəslik,sinədə xırıltıların olması toksik fibrozlaşan alveolitin əsas xarakter xüsusiyyətlərindən hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Toksik fibrozlaşan alveolit" haqqında müzakirə