Mil sinirinin nevropatiyası
Yuxarı ətrafın sinirləri arasında mil siniri digər sinirlərə nisbətən daha tez-tez zədələnir.
Mil sinirinin zədələnməsi xəstə bərk yataqda,əllərini başının və ya bədənini altına qoyub yatarkən baş verir.Bu zədələnmə əsasən çox yorğunluq halında və ya sərxoş halda yatarkən olur.
Xəstəliyin kliniki əlamətləri mil sinirinin zədələnmə dərəcəsindən asılıdır.Sinirin zədələnməsi qoltuqaltı çuxur və bazunun yuxarı üçdə birinin zədələnməsində mil sinirinin innervasiya etdiyi əzələlərin iflici baş verir.Bu zaman qollar irəliyə qaldırıldıqda bilək sallanır.Bu zaman dirsək oynağında bükülmə zəifləyir,dirsək açıcı refleks zəifləyir,hissiyyat pozulmaları paresteziyalar şəklində olur.
Bazunun üçdə bir hissəsində mil sinirinin zədələnməsi baş verdikdə saidin açılması və dirsəkaçıcı refleks saxlanılır,əlin və barmaqların açılma funksiyası itir.Bu zaman əlin arxa səthinin hissiyyatı pozulur.
Zədələnmənin diqanozunu qoymaq üçün aşağıdakılara diqqət yetirilir:
1 Ayaq üstə qollar aşağı salınmış vəziyyətdə biləyin supinasiyası və birinci barmağın aralanması mümkün olmur.
2 Əlin arxasını səthə toxundurmaqla eyni vaxtda birinci barmağın aralanması mümkün deyil
3 Ovuc aşağı olmaqla əl stolun üzərində olarkən üçüncü barmağı yanındakı barmağın üstünə qoymaq olmur.
4 Barmaqları aralayarkən zədələnmiş əlin barmaqları aralanmır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Mil sinirinin nevropatiyası" haqqında müzakirə