Amöbiaz. Amöb dizenteriyası
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və digər orqanların absesləşməsi ilə müşayiət olunan infeksion xəstəlikdir.
Xəstəliyi orqanizmə vegetativ və sistalar şəklində düşmüş amöblər törədir. Vegetativ formasında xəstəliyin əlamətlərini dezinfeksiyaedici maddələrlə aradan qaldırmaq olur. Amma sista şəklində olan amöblər ətraf mühitə davamlı olurlar və hətta suda 1 ay yaşamaq qabiıiyyətinə malikdirlər.
İnfeksiyanın mənbəyi xəstəliyə tutlmuş və amöb daşıyan adamdır. MDB ölkələri arasında bu xəstəliyə ən çox Qafqaz və Orta Asiya ölkələrində daha çox rast gəlinir.
İnfeksiya orqanizmə qida və su vasitəsilə daxil olur, mədə turşusunun təsirinə uğramır və yoğun bağırsaqda məskən salır. Amöblər bəzi hallarda bağırsaq divarında yaraların əmələ gəlməsinə səbəb olur. Bu yaralar əvvəlcə hiperemiyalaşır,sonra isə bağırsaq divarından qansızmalar baş verir. Qana qarışan infeksiya törədicisi qaraciyər, böyrəklər, beyin və digər orqanlara yayıla bilir. Yayıldığı orqanlarda amöb infeksiyaları xırsa irinli ocaqlar əmələ gətirir.
Xəstəliyin inkubasiya dövrü 2 həftədən bir-neçə aya qədərdir. Amöb dizenteriyası gedişinə görə kəskin və xroniki olur. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
– ishal
– qarın bölgəsində ağrılar
– bağırsaqda gücənmə
– bağırsaqlarda spazm.
Xəstənin qarnının palipasiyası zamanı qarında köpmə və qaraciyərdə az miqdar böyümə hiss olunur. Qaraciyərdə böyümə baş versə də, funksiyasında pozulmalar qeyd olunmur. Xəstələrdə subfebril qızdırma, ümumi gərginlik əlamətləri müşahidə edilir.
Xəıstəliyə diaqnoz qoymaq üçün qanın və nəcisin analizinin nəticələri əsas götürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Amöbiaz. Amöb dizenteriyası" haqqında müzakirə