Xroniki duodenit

  • Müəllif: redaktr
  • Tarix: 28 fevral 2017
  • Baxış sayı: 4 022
  • 0 rəy

 Xroniki duodenit
Xroniki duodenit onikibarmaq bağırsağın selikli qişasının iltihabı xəstəliyidir.Xroniki duodenit geniş yayılmış və lokal formada olur.Xroniki duodenitin özünün papillit və divertikulit növləri vardır.
Xroniki duodenit xəstəliyi heç vaxt təkbaşına paologiya törətmir. O xroniki qastrit,mədə yarası,enterit və mədə bağırsaq sisteminin digər xəstəlikləri ilə birgə baş verir. Xəstəliyə qadınlardan çox kişilərdə rast gəlinir.Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
- uzun müddətli stress
- həzm sistemi üzvlərinin müxtəlif xəstəlikləri
- uzun müddət spirtli içki qəbulu
- helikobakter pilori
Onikibarmaq bağırsağın anatomik fizioloji quruluşu mədə,yoğun bağrsaq,mədəaltı vəzlə əlaqəli olduğuna görə onda baş verən xəstəlikər istər-istəməz digər həzm sistemi orqanlarına da təsir göstərir.
Mədə turşuluğunun çox olması və onikibarmaq bağırsaqda turşu mühitinin artıq olması peptik duodenitin əmələ gəlməsinə səbəb olur.Mədə yaraları və antral qastrit də onikibarmaq bağırsaqda duodenitin əmələ gəlməsinə səbəb olur.
Onikibarmaq bağırsaqda əmələ gələn və proqressivləşən distrofik dəyəşikliklər və funksional çatışmazlıqlar xroniki duodenitin əmələ gəlməsinə səbəb olur.Əksər hallarda duodenit papillit əmələ gəlir ki,bu da onikibarmaq bağırsağın böyük hissəsində baş verir.
Xəstəlik özünü mədə yarasına xas olan əlamətlərlə göstərir.Xəstənin qida qəbulundan 1,5-2 saat sonra qarın və öd kisəsinin altı nahiyədə ağrıların baş verməsi xroniki onikibarmaq xəstəliyi üçün xarakterik olan xüsusiyyətdir.Ağrı ilə bərabər xəstə həzmin getməməsindən və enterit əlamətlərindən şikayət edir.Duodenit zamanı xəstədə sanki onikibarmaq keçməməzliyi baş verir.Bağırsaqda baş verən spazm qidanın getməsini ləngidir.Bəzi hallarda xəstənin ağzından mədə şirəsi və öd axır.Duodenit zamanı patoloji prosesə öd kisəsi və mədəaltı vəz qarışdıqda xəstənin dərisi solğun və sarı rəngdə ola bilir.
Duodenitə diaqnozun qoyulmasında rentgenoloji müayinənin və zond vasitəsilə yolanmanın rolu böyükdür.
Xroniki duodenit diaqnozu qoyulan adamların qida qəbuluna diqqət etmələri,mədə-bağırsaq sisteminin fəaliyyətinin daima nəzarət altında saxlamaları tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Xroniki duodenit" haqqında müzakirə