Böyrəklərin ekskretor funksiyası
Bədənin daxili mühitinin daima sabit saxlanılması böyrəklərin hesabına baş verir. Orqanizmdə baş verən bəzi funksiyalar vardır ki, onlar məhz böyrəklərin fəaliyyəti sayəsində normallaşır. Bunlara aiddir:
– su-duz mübadiləsi
– qələvi-turşu müvazinəti
– azot mübadiləsi
– eritropoez
– arterial təzyiqin səviyyəsi
– qanın laxtalanma prosesi.
Bu fəaliyyətləri böyrəklərin ekskretor və inkretor funksiyaları həyata keçirir. Böyrəklərin ekskretor funksiyasına bədəndən yad maddələrin mübadiləsinin son zərərli məhsullarını və bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda əmələ gələn məhsulların çıxarılması aiddir.
Anoloji funksiyaları dəri, mədə-bağırsq traktı, ağciyərlər, qaraciyər də yerinə yetirir. Tər vəziləri ilə bədəndən su, natrium xlorid, sidik covhəri, sidik turşusu və başqa maddələr xaric olunur. Böyrəklərin ekskretor funksiyası pozulduqda isə tər vəziləri öz fəaliyyətlərini komrensator artırırlar. Amma böyrəklə müqayisədə tər vəziləri bədəndən çox az miqdarda suyu, duzları, azot mübadiləsi məhsullarinı çıxara bilirlər.
Mədə-bağırsaq traktı vasitəsilə fizioloji halda bədəndən su, duzlar, kalsium, maqnezium və başqa ionlar, bəzi zülal tərkibli maddələr, natrium xlotid çıxarılır ki, bununla da böyrək fəaliyyəti pozulduqda azot ifrazetmə funksiyası kompensasiya edilir. Orqanizmdən lazımsız maddələr öd kisəsi və ağciyərlər vasitəsilə də xaric edilir. Amma bədəndən çıxarılması vacib olan maddələrin kənar edilmıəsində birinsi dərəcəli rolu böyrəklər oynayır. Böyrək ifrazat funksiyasının aşağı düşməsi və ya dayanması baş verdikdə hemosrtazın ağır pozğunluqları baş verir.
Böyrəklər bu funksiyaları, yəni hemostazın tənzim olunması və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən çıxarılması heç bir başqa orqanı tərəfindən konpensasiya edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrəklərin ekskretor funksiyası" haqqında müzakirə