Serum xəstəliyi

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 011
  • 0 rəy

Serum xəstəliyi
Bu xəstəlik insana heteroloji antitoksik serum yeridildikdən sonra yaradılır.Aşağıda adları çəkilən xəstəliklərin serumu orqanizmdə patologiya yarada bilir:
- tetanus
- difteriya
- botuluzm
- qazlı qanqrena
- stafilokokk infeksiyası
- ilan zəhıri
Adətən antotoksik serumlar immunlaşdırılmış heyvan qanından hazırlanır.Onların tərkibində olan zülalllar insan üçün antigen xarakteri daşıyır.Nadir hallarda homoloji preparatlarla aparılan müalicədən sonra serum xəstəliyi əmələ gələ bilir.Bu müalicə üsullarına aiddir:
- qan köçürülməsi
- plazma köçürülməsi
- peptik təbiətli hormonlar
Serum xəstəliyinin kliniki əlamətləri yuxarıda göstərilən preparatlarla müalicədən 7-12 gün sonra meydana çıxır.Bu zaman xəstələrdə ümumi halsızlıq,baş ağrıları,oynaqlarda və əzələlərdə ağrılar,öyümə əlamətləri müşahidə edilir.Xəstələrin dərisində və selikli qişalarında əmələ gələn ödem və səpgi,tempraturun yüksəlməsi də xəstəliyin əsas əlamətlərindən hesab edilir.Serum xəstəliyi zamanı ürək fəaliyyətinin pozulması və proteinurya da meydana çıxır.
Serum xəstəliyinin əmələ gəlməsində orqanizmdə heteroloji zülalların zəif sürətlə parçalanmasının mühüm rolu var.Bu zülalların təsiri ilə orqanizmdə presipitin tipli antitellər yaranır.Serumun yeridildiyi vaxtdan 7-8 gün sonra orqanizmdə yad zülallarla antigen-anticismcik kompleksləri yarada bilən miqdarda anticisimlər toplanır.Əmələ gələn immun komplekslər kapillyarların endotel hüceyrələrinə,limfositlərə,dəriyə,böyrəklərə,qara ciyərə və başqa orqanların hüceyrələrinə fiksasiya olunub onları zədələyir.
Xəstəliyin diaqnozu anamnezə əsaslanaraq qoyulur.
Adətən serum xəstəliyi müalicə elə bie neçə günə sağalır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Serum xəstəliyi" haqqında müzakirə