Böyrəklərin amiladozu
Böyrəklərin amiladozu sistem xəstəliyin təzahür formasıdır.O özünü orqanizmdə amiladin əmələ gəlməsi və daxili orqanlarda onun yığılması ilə xarakterizə olunan maddələr mübadiləsinin pozulması şəklində biruzə verir.Amiladozla zəhərlənmə çox vaxt böyrəklərdə olmasına baxmayaraq başqa parenximatoz orqanlarda da amilod birləşmələrinin çökməsi və onların funksiyasının pozulması şəklində müşahidə edilir.Bu orqanlara aşağıdakılar daxildir:
- qara ciyər
- dalaq
- bağırsaqlar
- böyrəküstü vəz
- ürək əzələsi və s.
Hal-hazılrda amiladoz geniş yayılmış xəstəliklərdən hesab edilir və yer kürəsi əhalisinin 0,3%-də təsadüf olunur.
Amiladozun ikincili baş verməsinə xəstəliklərdən vərəm,revmatoid artrit,xroniki irinli xəstəliklər,sifilis,limfoqranulomatoz,böyrək parenximasının və ağ ciyərlərin şişləri,qeyri-spesifik yaralı kolit,Kron və Uippl xəstəlikləri,uzunsürən septik endokardit və s. xəstəlikəlri misal göstərmək olar.
Böyrək amiladozundan ölənlərin sayı böyrək xəstəliklərindən ölənlərin 5,5%-ni təşkil edir.
Amiladoz xərbəst xəstəlik kimi birincili və yuxarıda sadalanan xəstəliklərdən sonra ikincili baş verə bilir.Amiladozun 5 forması ayırd edilir:
1 İdiopatik forma
Bu zaman bütün orqan və sistemlərzədələnir,amma,səbəbi aşkar edilmir.
2 Ailəvi fotma
Bu amiladozun irsi,genetik formasıdır ki,bu zaman xəstəlik irsən alınır.Əsasən böyrəklərin və sinir sisteminin zədələnməsi baş verir.
3 Qazanılmış forma
Bu zaman amiladoz müxtəlif irinli xəstəliklərdən sonra meydana çıxır.
4 Qocalıq amiladozu
Bu ürəkdə,beyində,mədəaltı vəzdə zülalın involyusiyası və toxumaların qocalıq atrofiyası nəticəsində baş verir.
5 Lokjal şişvari amiladoz
Məhəlli xarakter daşıyır,amiloidin şişvari böyüməsi müşahidə edilir.
Amilodozun əsasını zülal-karbohidrat mübadiləsinin pozğunluqları təşkil edir.Xəstəlik zamanı daxili orqanlara substansiya yığılaraq onların funksiyasını pozur.Bu substansiya yodla reaksiyaya girdikdə nişastaya oxşadığı üçün onu amiloid adlandırmışlar.Xəstəliyin baş verməsinin 2 fazası ayırd edilir:
- amilodönü
- xüsusi amiloid fazası
Böyrəklərin amilodozu zamanı əvvəlcə böyrəklərdə proteinuriya başlayır,sonra nefrotik sindrom və ən nəhayət xroniki böyrək çatışmazlığı baş verir.Bu zaman xəstələrdə arterial təzyiq yüksəlir ki,bu da böyrəkdaxili qan dövranının pozulması nəticəsində olur.
Böyrəklərin amiladozu zamanı böyrəküstü vəzidə də amiladoz baç verir Bu da vəzin çatışmazlığınz gətirib çıxarır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrəklərin amiladozu" haqqında müzakirə