Kəskin leykozun differensial diaqnozu
Bəzi xəstəliklər vardır ki,onların kliniki əlamətləri ilk baxışdan kəskin leykozun kliniki əlamətlərinə oxşayır.Ona görə də kəskin leykoz xəstəliyinə diaqnozun qoyulmasında diqqətli olmaq və onu digər xəstəliklərdən ayırmağı bacarmaq lazımdır.
Kəskin leykozun diaqnozunu qoyduqda,xüsusən leykopeniya zamanı qranulositlər olmadıqda,onu bir-sıra xəstəliklərlə differensasiya etmək lazımdır.
Aqranulasitoz zamanı sümük iliyində blastoz müşahidə edilmir.Qanyaranmanın normal gedişi pozulmur,hemoragik sindrom nadir hallarda olur,dalaq böyümür.
Hipoplastik anemiyada dalaq və limfatik düyünlər böyümür.Sternal punksiya mayesində blast hüceyrələr aşkarlanmır.Trepanatda piy toxumasının üstünlük təşkil eləməsi hipoplast anemiya diaqnozunu təsdiqləyir.
Birləşdirici toxumanın diffuz xəstəliklərində,xroniki aktiv hepatitdə limfoadenopöatiya,dalağınböyüməsi,trombositopeniya,anemiya,neytropeniya,sümük iliyin pukktatında blast hüceyrələrin 10-20%-ə qədər yüksəlməsi müşahidə edilə bilər.
Blast krizlə debüt edən xroniki mieloleykozu kəsdkin leykozdan differensasiya etmək bir qədər çətinlik törədir.Kliniki əlamətlər,qan və sümük iliyinin müayinəsi xəstəlikləri differensasiya etməyə imkan vermir.Bu zaman xromosomların sayı kəskin leykoz diaqnozunun qoyulmasında əhəmiyyətli rol oynayır.
Kəskin leykoz zamanı tam klinik diaqnozun formalaşmasında aşağıdakıların rolu mühümdür:
1 kəskin leykozun forması
2 xəstəliyin mərhələsi
3 sümük iliyindənkənar zədələnmələrin olması
4 fəsadların olması
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəskin leykozun differensial diaqnozu" haqqında müzakirə