Kəskin leykozun müalicəsi

  • Müəllif: elnare
  • Tarix: 7 yanvar 2017
  • Baxış sayı: 2 126
  • 0 rəy

Kəskin leykozun müalicəsi.

Kəskin leykozun müalicəsində əsas məqsəd xəstənin ömrünün uzadılmasına yönəldilmişdir. Bu müxtəlif kombinasiyalı sitostatik preparatlar vasitəsilə leykoz hüceyrələrini məhv edilməsi, aqranulositoz, trombositopeniya, anemiya və ya xəstəliyin özünə qarşı yönəldilmiş müalicə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Belə proqramlardan istifadə etməklə yaşlı xəstələrin 60-80%-də remisiyanın əldə edilməsi və 20-40% halda isə xəstəliyin tam sağalması mümkün olmuşdur. Kəskin leykozun müalicəsi zamanı müəyyən prinsiplər əsas tutulur:
* Diaqnoz qoyulduqdan dərhal sonra müalicə başlanmalıdır.
* Müalicə kəskin leykozun morfoloji və siyokimyəvi tipindən asılı olaraq differensasiya olunmalıdır.
* Eyni vaxtda bir-neçə preparatdan istifadə olunmalıdır ( polikimyəviterapiya).
* Leykopeniyanın əldə edilməsinə nail olunmalıdır.
* Remissiya mərhələsində saxlayıcı müalicənin aparılması zəruridir.
Leykoz zamanı dərman preparatlarının təsirindən leykemik hüceyrələr normal hüceyrələrə çevrilmir, onlar məhv olur. Müalicədə əsas məqsəd orqanizmin leykemik heceyrələrdən sanasiya edilməsidir ki, bu da müxtəlif təsir mexanizmlərinə malik, çoxlu sayda kimyaterapiyaların eyni zamanda tətbiq olunması sayəsində əldə edilir. Antileykemik preparatlar, ən çox bölünməkdə olan hüceyrələrlə təsirdə aktiv olurlar. Bu dərman preparatlarının bir qismi mitozun yalnız müəyyən mərhələlərində, digər qismi isə mitozun bütün mərhələləri dövründə təsir göstərir.
Kəskin leykoz zamanı müalisə prinsiplərinə remisiyanı əldə eləmək və remisiyaya qarşı müalicə tədbirləri görməkdən ibarətdir. Leykozun düzgün müalicəsi zamanı aşağıdakılar əldə edilir:
1. Tam kliniki-hematoloji remissiya.
2. Natamam kliniki-hematoloji remissiya.
3. Sağalma (5 ildən yuxarı residivsiz,tam kliniki-hematolojiremissiya).

 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəskin leykozun müalicəsi" haqqında müzakirə