Psixopat insanları necə tanlmalı?
Hər gün yaşadığımız dünyada onlarca xoşagəlməz hadisələrlə rastlaşırıq. Qətllərin, intiharların, zorakılıqların artıb çoxaldığı bir zamanda ətrafımızdakılarla ehtiyatla davranmaq lazım gəldiyinin dəfələrlə şahidi oluruq. Bəzən adi bir sözdən ötrü öz yaxınlarını öldürənlər barədə də, tez-tez kütləvi informasiya vasitələrindən xəbər tuturuq. Bəs bu cür adamlardan necə uzaq gəzmək olar? Onlar hansı xüsusiyyətlərinə görə normal adamlardan fərqlənirlər? Ətrafındakı adamlara zərər verən və bundan zövq alan şəxsi psixologiyada psixopat deyə adlandırırlar. Belə adamlar aşağıdakı xüsusiyyətlərə malik olurlar:
1. Psixopat insanlar çevrələrində olan adamlarla qarşılıqlı əlaqəyə girə bilmirlər. Onlar ətrafdakı insanlarla söhbətdən qaçır və onları yaxınlıqlarına buraxmırlar.
2. Psixopat insanlar ətrafdakıların zəif xüsusiyyətlərini öyrənir və bundan öz mənafeləri üçün istifadə edirlər. Onlar çox hiyləgərliklə ətrafdakıları əllərinə ala bilirlər. Ətrafdakıların başına gələn heç bir hadisə onları maraqlandırmır.
3. Psixopatlar ağlııarına nə gəldi onu həyata keçirirlər,ürəkləri nə istədi onu da edirlər.
4. Psixopatlar ətrafdakılara qarşı çox amansız olurlar. Oz istəklərini həyata keçirdikləri zaman zərər verdikləri insanların nə düşündükləri onlar üçün maraqsızdır.
5. Onlar rahatca yalan söyləyə bilirlər. Psixopatlar yalanı elə söyləyirlər ki, ətrafda hamı onlara inanır.
6. Psixopatlar özlərinə çox güvənirlər. Onların bu xüsusiyyəti ətrafdakıları çaşdırır, çünki ətrafdakılar bu xüsusiyyətlərinə görə onlara qarşı heyranlıq duyur.
7. Psixopatlar özlərindən zəif olan insanlara qarşı güc tətbiq etməkdən çəkinmirlər. Onlar özlərini ən güclü hiss etsinlər deyə ətrafdakıları yönləndirməyi xoşlayırlar.
8. Psixopatlarda utanma hissi olmur. Onlar törətdikləri cinayətdən peşmanlıq hissi duymur və törətdikləri cinayətlərdən həzz alırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Psixopat insanları necə tanlmalı?" haqqında müzakirə