SKOLYOZ
Skolyoz onurğanın əyriliyidir ki, bu əyrilik anadangəlmə və qazanılma olur. Anadangəlmə skolyoz dölün ana bətnində olduğu zaman onurğanın anormal inkişafı ilə əlaqədar olur. Sonradan skolyozun əmələ gəlməsində səbəb kimi onurğaya həddindən artıq yükün düşməsi, ağır bel çantasını daşımaq, qeyri-düzgün idman hərəkətləri göstərilir. Skolyozun əlamətləri aşağıdakılardır:
– onurğada yana doğru əyrilik
– kürəkdə dəri anormallığı (artıq tüklənmə,rənğ dəyişikliyi)
– anormal uzun qollar, bel və ayaqlar
– ayaqlara görə gövdənin qısa olması
– hərəkət pozğunluqlqrı
– xəstə önə əyildiyində kürəkdə qabaran donqarlıq
Xəstəliyə diaqnoz qoymaq üçün gözlə baxmaq kifayətdir, amma dəqiq diaqnozu MRT-nin nəticələrinə əsaslanaraq qoymaq mümkündür.
Xəstəliyin müalicəsində ən yaxşı nəticə onurğadakı əyilməni azaltmaq və qarşısını almaqdır. Xəstələrə fizioterapevtik müalicə və massaj təyin edilir və vaxtaşırı rentgendə əyilmənin hansı dərəcədə olması aydınlaşır.
Onurğafakı əyriliyi yanlız əməliyyat vasitəsi ilə bərpa etmək mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Kifoz nədir?
21 yanvar 2017
Hiperlordoz nədir?
17 may 2017
Hirsutizm – Tüklənmə
9 yanvar 2017
KÜRƏKDƏ VƏ ONURĞADA AĞRILAR
25 dekabr 2016
Buynuz qişanın anomaliyaları
25 dekabr 2016
Veqener qranulomatozu
11 fevral 2017
ONURĞADA SINIQLAR
25 dekabr 2016
"SKOLYOZ" haqqında müzakirə