İstifadə olunmuş yağların təkrar istifadəsinin zərərləri
Yeməklərin bişirilməsində yağların rolu böyükdür. Yağlar qızardılacaq qidaları daha dadlı və ləzzətli edir. Bəzən isə qızardılmış qidalara istifadə edilən yağların miqdarı çox olduğundan bəzi qadınlar bu yağları yenidən istifadə edir. Müasir günümüzdə isə istifadə edilən yağların əksəriyyəti kimyəvi yollarla hazırlanmış yağlardır. Bu səbədən də onların istifadəsi yağın kimyəvi tərkibinin ikinci və üçüncü dəfə dəyişilməsinə səbəb olur. Bu səbəbdən də qızardılmış yağın yenidən istifadəsi zamanı diqqətli olmaq lazımdır. Belə ki, yemək hazırlamaq üçün istifadə ediləcək yağın əvvəlcədən istifadəsi olmamalıdır.
Əslində kimyəvi yollarla hazırlanmış bu yağların birinci dəfə də qaynaması zamanı da tərkibində dəyişikliklər baş verir ki, bu da orqanizm üçün çox zərərlidir. Bu səbədən də mütəxəssislər qızartma yeməklərin çox da yaxşı seçim olmadığını qeyd edirlər. Onlar suda bişmiş yeməyin qızartmadan daha faydalı olduğunu söyləyir və qidaları qızartmaq istədikdə təbii yağlara üstünlük vermələrini məsləhət bilirlər. Amma istifadə edilən yağın təkrar istifadəsini tövsiyə etmirlər.
Əgər istifadə etdiyiniz yağın təkrar istifadə edilməsini istəsəniz bu zaman bəzi qaydalara əməl etməlisiniz:
* yağı istifadə etdikdən sonra şüşə qabda saxlamaq lazımdır
* yağ istifadə edildikdən sonra mütləq süzülməlidir
* istifadə edilmiş yağ sərin və qaranlıq yerdə saxlanılmalıdır
* mümkün olduğu qədər qızardılmış yeməklərdən uzaq durulmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İstifadə olunmuş yağların təkrar istifadəsinin zərərləri" haqqında müzakirə