Aqranulositoz
Aqranulositoz oqranizmdə qəfildən baş verən, qanda qronulositlərin çökməsi ilə müşayət olunan xəstəlikdir. Xəstəlik baş verən zaman qanın tərkibində qronulositlərlə birlikdə neyrofil, bazofil və eozinofillərin də azalması baş verir. Xəstəliyə ən çox 40 yaşdan yuxarı qadınlarda rast gəlinir. Aqranulositozun aşağıdakı formaları mövcuddur:
1. Xroniki forma.
Bu zaman illərlə müalicənin olunmasına baxmayaraq qanda qrnulositlərin miqdarını normaya salmaq olmur.
2. Anadangəlmə.
Bu zaman xəstədə kliniki hemolitik əlamətlər olur. Belə uşaqlar yaşadıqları müddətdə mütəmadi olaraq həkim nəzarəti altında olurlar.
3. İnfantil forma.
Bu zaman xəstəlik irsi autosom xarakter daşıyır.
4. İrsi aqranulositoz.
Yoxlamalar zamanı xəstənin ailə üzvlərinin əksəriyyətinin qanında bu xəstəlik aşkar olunur.
Aqranulositoz özünü qəfil qızdırma və boğaz ağrıları, sidik ifrazı sisteminin infeksiyalaşması və ya sepsis əlamətləri ilə biruzə verir.
Xəstəliyin əmələ gəlməsinə çoxlu miqdar dərmanların qəbulu səbəb olur. Antiepleptiklər, karbimazol, metimazol, antibiotiklər, sistotoksik dərmanlar, indometasin, kotrimaksazol, pipolfen, ibubrofen, butadion və bəzi antiseptik dərman maddələri xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. Bundan başqa keçirilmiş müxtəlif infeksion xəstəliklər də qanın tərkibindəki qronulositlərin azalmasına səbəb ola bilir.
Xəstəliyə diaqnoz qoymaq üçün qanın analizləri və xəstədən toplanmış anamnezin rolu böyükdür. Qanın miqdarında bazofilləri, eozofillərin və neyrovillərin az olması xəstəliyin diaqnozunu təsdiqləyir.
Aqranulositozun müalicəsi ilk növbədə xəstəliyin əmələ gəlməsinə şübhə yaradan dərman qəbulunun saxlanılmasından ibarətdir. Əgər xəstədə infeksiya əlamətləri yoxdursa, qaının analizlərini müşahidə altında saxlamala müalicə aparılır. Xəstədə infeksiya əlamətləri varsa, geçiş spektrli antibiotiklərdən istifadə edilir, xəstəyə plazmafarez təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aqranulositoz" haqqında müzakirə