Viruslu qastroenterit
Viruslu qastroenterit kəskin mədə-bağırsaq infeksiyasıdır. Xəstəlik özünü bağırsaq infeksiyalarına xas olan xüsusiyyətlərlə göstərir. Viruslu qastroenterit tərkibində ribonuklein turşusu olan viruslar tərəfindən törədilir. Xəstəliyə hər yaş qrupunda olan adamlarda rast gəlmək olur. Viruslu qastroenterit sporlarla yoluxan xəstəlikdir. Xəstəliyin daşıyıcısı insandır. Qastrenteritin bu formasına ən çox yaz-payız aylarında rast gəlinir. Xəstəlik insandan insana hava damcı yolu ilə, bəzən də qida və su vasitəsilə yoluxur.
Əksər hallarda xəstə adam onu əhatə edən ailə üzvlərini və ya işlədiyi kollektivi belə yoluxdura bilir.
Xəstəliyin inkubasiya dövrü bir-neçə saatdan 3-5 günə qədər olur. Qastroenterit qəfil və kəskin şkildə başlayır. Aşağıdakı əlamətlərlə özünü göstərir:
– ürəkbulanma
– qusma
– ishal.
Əksər hallarda xəstəliyin əlamətləri gecələr meydana çıxır. Belə ki, xəstəyə qəfil qarın ağrısı, peristaltikada pozulmalar baş verir. Sonra xəstədə tez-tez ishal baş verir, nəcis duru və qanlı olur. Xəstələrdə normal və subfebril qızdırma müşayət edilir. Xəstənin bağırsağında köp, qaz əmələ gəlir, dilinin üstü ağarmış olur. Orqanizmin suyu azaldıqca nəbz də zəifləyir, arterial təzyiq aşağı düşür. Xəstədə halsızlıq müşahidə edilir, nadir hallarda kəskin ürək-damar çatışmazlığı inkişaf edir və xəstə kollapsa düşür. Xəstənin qarnı gözlə seziləcək qədər şişir və toxunanda ağrıyır, qaraciyər və dalaqda böyümə baş vermir.
Viruslu qastrenterit xəstəliyi zamanı xəstələrdə qısamüddətli albuminuriya, oliquriya, poliuriya əlamətləri meydana çıxır. Xəstə qısa müddət ərzində çəkisini itirir.
Uşaqlar xəstəliyi böyüklərə nisbətən daha ağır keçirirlər. Müayinə zamanı xəstənin qanında leykositoz, leykopeniya müşahidə edilir, eozinofillərin miqdarı artır, orqanizmin su ehtiyatı azalır.
Müalicə zamanı ilk növbədə xəstənin su balansı normallaşdırılır, xəstəyə antibiotiklər, vitaminlər təyin edilir, simptomatik müalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Viruslu qastroenterit" haqqında müzakirə