Seliakiya

  • Müəllif: redaktr
  • Tarix: 3 mart 2017
  • Baxış sayı: 2 985
  • 0 rəy

Seliakiya
Seliakiya orqanizmin qlütogenə qarşı həssas olması deməkdir.Seliakiya zamanı orqanizmdə qlütogenə qarşı həssaslıq yaranır ki.bu da orqanizmdə bəzi patologiyalara səbəb olur.
Seliakiya zamanı insanın orqanizminə az miqdarda da olsa qlütogen düşdükdə mədə və bağırsaqlarda iltihab,həzm pozğunluqları baş verir.Xəstədə ishal da əmələ gəlir ki,bu da xəstənin orqanizminin susuzlaşmasına səbəb olur.Seliakiya zamanı orqanizmdə aşağıdakılar baş verir:
- ürəkbulanma
- iştahanın azalması
- qarında köp
- qusma
- qarın ağrıları
- ifunətli nəcis ifrazı
Xəstənin bağırsaqlarrında həzmin getməməsi və ishalın davamlı olması orqanizmdə dəmir,kalsium,zülal,yağlar və vitaminlərin də sorulmasını pozur və orqanizmdə geriləmə baş verir.Seliakiya xəstəliyi uşaqlarda baş verdikdə onların sağlam böyüməsi ləngiyir və fiziki inkişafdan geri qalırlar.
Xəstəlik irsi xarakter daşıyır.Xəstəlik zamanı insanın orqanizmində qlütogenə qarşı dözümsüzlük yaranır.Belə xəstələrin orqanizminə tərkibində qlütogen olan maddələr daxil olduqda yuxarıda sadalanan əlamətlər meydana çıxır.
Bəs qlütogen nəyin tərkibində olur?
Qlütogen ən çox arpanın,buğdanın,yarmanın və buğdakimilərin tərkibində olur.Xəstəliyin ilkin əlamətləri uşaq hələ körpə ikən meydana çıxır.Belə ki,körpə uşağı əlavə qidaya keçirdikdə(sıyıq,suxari,çörək və s.)xəstəliyin əlamətləri qısa müddətdə özünü göstərir.Körpə belə qidaları yedikdə dərhal xəstələnir.Amma,qidanı saxladıqda əlamətlər öz-özünə aradan qalxır.
Xəstəliyə diaqnozun qoyulmasında orqanizmin qlütogenə qarşı həssaslığının yoxlanılması kifayət edir.
Müalicə qida rasionundan tərkibində qlütogen olan maddələrin çıxarılmasından ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Seliakiya" haqqında müzakirə