Ürəyin ritm pozğunluqları zamanı mədəciklərin fibrillyasiyası

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 092
  • 0 rəy

Ürəyin ritm pozğunluqları zamanı mədəciklərin fibrillyasiyası.
Mədəciklərin fibrillyasiyasınin 2 forması ayırd edilir:
– birincili fibrillyasiya
– ikincili fibrillyasiya.
Mədəciklərin fibrillyasiyası ən çox yaşlı şəxslərdə baş verir.
Birincili fibrillyasiya xəstəliyin başlamasının ilk 4 saatında inkişaf edir, sonra isə onun yaranma riski əhəmiyyətli dərəcədə azalır. Az hallarda mədəciklərin fibrillasiyası miokard infarktından 48 saat sonra baş verir ki, buna gecikmiş fibrillasiya deyilir. Miokard infarktı keçirmiş xəstələrdə bir gün ərzində mədəcik fibrillasiyasının baş verməsi ölüm riskini təsdiq edən əsas faktorlardandır.
Araşdırmalar göstərir ki, miokard infarktında birincili mədəcik fibrillyasiyasını yaradan risk faktorunu müdaxilə etməklə azaltmaq olar. Bu infarkt zonasının azaldılmasına, elektrolitlərin qanda səviyyəsinin korreksiyasına, həmçinin beta-adrenoblakatorların qəbuluna istiqamətləndirilməsidir. Birincili mədəcik fibrillasiyası olan xəstələrin proqnozu elə də ağır hesab edilmir.
Mədəcik fibrillasiyasının yaranmasına səbəb ola faktorlardan biri də hipokaliumemiyadır. Eyni zamanda hipomaqneziumemiyanın da mədəcik fibrillasiyasına səbəb olması sübut edilmişdir. Müəyyən edilmişdir ki, miokard hüceyrəsində maqneziumun az olması aritmiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Mədəcik fibrillasiyasına diaqnoz qoymaq üçün miokarq infarktı keçirmiş xəstələrin qanında kaliumin və maqneziumin miqdarı hesablanır.Adətən belə xəstlədə göstərici normadan aşağını göstərir.
Mədəcik fibrillasiyasının əsas müalicə metodu elektrik defibrillasiyasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ürəyin ritm pozğunluqları zamanı mədəciklərin fibrillyasiyası" haqqında müzakirə