Gərginlik stenokardiyası
Stenokardiya – miokardın oksigen tələbatı ilə onun oksigen təchizatı arasındakı tarazlığın pozulması nəticəsində, miokardın işemiyası ilə bağlı döş qəfəsində ağrı və diskomfortun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Stenokardiya eyni zamanda ürəyin işemik xəstəliyinin kliniki sindrom və formasıdır.
Xəstəliyin əlamətləri:
1. Ağrıların deşici, yandırıcı, göynədici olması
2. Ağrıların döş sümüyünün arxası və ya ürək nahiyəsində olması
3. Ağrıların irradiasiyası – adətən sol qola, sol çiyinə, sol kürəkaltı nahiyəyə və alt çənəyə irradiasiya edir.
4. Ağrıların davametmə müddəti – ağrılar adətən 10 dəqiqəyə qədər davam edir.
5. Ağrı tutmalarının fiziki və ya emosional gərginliklə birbaşa əlaqəsi olması.
6. Ağrıların sakitlikdə və nitrogliserin qəbulundan sonra tam keçməsi.
Bəzi hallarda gərginlik stenokardiyası atipik əlamətlərlə də təzahür edir. Bunlar aşağıdakılardır:
tutmaşəkilli ağrıların atipik lokalizasiyası
ağrıların irradiasiya etməsi
nitroqliserin qəbulunun əhəmiyyətsizliyi
ağrının ekvivalenti kimi sol qolun və sol əlin keyləşməsi
Diaqnostikası:
Prosesin inkişaf mərhələlərini vaxtında aşkarlamaq, həmçinin xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirmək üçün aşağıdakı müayinə metodlarından istifadə olunur:
Sakitlik standart exokardioqrafiya
EKQ-nin Holter monitoru
Fiziki yük sınaqları
Qeyri-informativ sınaqlar
Yemək borusu vasitəsilə ürəyin elektrik stimulyasiyası
Exokardioqrafiya
Radionuklid müayinə metodları
Pozitron-emission tomoqrafiya
Koronar angioqrafiya.
Müalicə prinsiplərinə aiddir:
risk faktorlarının aradan qaldırılması
ənənəvi dərman müalicəsi
proqnostik müalicə.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Gərginlik stenokardiyası" haqqında müzakirə