Ağciyərlərin aspergilloması
Aspergillomanın diaqnozu aşağıdakı əlamətlərə əsaslanır:
*təkrari qanhayxırmalar
*xəstəliyin xroniki dalğavari gedişi
*aspergillərdən olan spesifik antigenlə müsbət seroloji reaksiya
*bəlğəmdən, biopsiyadan təkrari olaraq eyni növ aspergillin alınması.
Diaqnostik kriterilər:
*residivləşən bronxial astma tutmaları
*paroksizmal bronxetktazlar
*aspergil antigeninə presipitasiya edən antitellərin tapılması
*spesifik antigenlə müsbət dəri sınaqları.
Bundan başqa xəstəliyin diaqnozunda bəlğəmin, bronxların yuyuntu suyunun, əsnəkdən seliyin müayinəsi diaqnostikada böyük əhəmiyyət kəsb edir.
Müalicəsi: Müəyyən edilmiş törədiciyə müvafiq antifunqal terapiya, ümumi immun sistemi artıran müalicə metodlarından istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ağciyərlərin aspergilloması" haqqında müzakirə