Ağciyərlərin idiopatik hemosiderozu

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 2 860
  • 0 rəy

Ağciyərlərin idiopatik hemosiderozu.
Ağciyərlərin idiopatik hemosiderozu alveollara təkrari qansızmalar və dalğavari residivləşən gedişlə xarakterizə olunan ağciyər xəstəliyidir. Xəstəlik ən çox uşaqlarda və gənclərdə təsadüf edilir.
Xəstəliyin etiologiyası məlum deyil.
Xəstəlik mikrosirkulyator hövzənin damarlarının elastik liflərinin anadangəlmə keyfiyyətsizliyi, ağciyər kapilyarlarının dilatasiyasına, qanaxmanın kəskin ifadə olunan yavaşımasına, eritrositlərin alveollara, sonradan ağciyər parenximasında çökməsi ilə diapedezinə gətirib çıxarır.
Xəstəliyin əmələ gəlməsində bronx arteriyaları ilə ağciyər venaları arasında anadangəlmə damar anomaliyaları əsas rol oynayır. Immun limfositlərin damar divarına sitotoksik təsirinin böyük rolu da istisna edilmir.
Idiopatik ağciyər hemosiderozunun verdiyi dəyişikliklər aşağıdakılardır:
*alveolların eritrositlərlə dolması
*alveol yollarında və respirator bronxiollarda mikrofaqların tapılması
*alveolların və alveollararası arakəsmənin qalınlaşması
*xəstəlik proqressivləşdikcə diffuz pnevmosklerozun inkişafı
*alveollararası çəpərin strukturunun pozulması.
Idiopatik ağciyərin hemosiderozu kəskin və xroniki olur. Kəskin gediş adətən uşaq yaşlılar üçün xarakterikdir. Xəstəliyin əsas əlaməti qanlı-bəlğəmli öskürəkdir. Xəstələri qanhayxırma çox narahat edir. Bundan başqa xəstələr baş hərlənməsi, tənginəfəslik, baş gicəllənməsindən, qulaqlarda küydən, gözün qabağında nöqtələrdən şikayət edirlər. Göstərilən şikayətlər əsasən uzunmüddətli qanhayxırmalar zamanı olur. Xəstələrin çoxunda döş qəfəsində, oynaqlarda, qarında ağrılar olur. Bədən hərarəti qalxır, xəstələr həddən artıq arıqlayırlar. Baxış zamanı xəstələrin dərisi və gözlə görünən selikli qişaların avazıması diqqəti cəlb edir.
Diaqnoz:

Xəstəyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin qanın, sidiyin analizləri və bəlğəmin müayinəsinin rolu mühümdür. Belə xəstələrdə bəlğəmi tez-tez yoxlamaq lazımdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağciyərlərin idiopatik hemosiderozu" haqqında müzakirə