Masturbasiya

  • Müəllif: elnare
  • Tarix: 14 yanvar 2017
  • Baxış sayı: 19 791
  • 0 rəy

Masturbasiya (onanizm) öz-özünə cinsi ehtiraslanmanın təmin edilməsidir. Bu, qadın və kişilər arasında geniş yayılmışdır. Yaşla əlaqədar olaraq onun rastgəlmə tezliyi də artır. Yeniyetmə dövründə cinsi hormonların artması ilə əlaqədar olaraq bir çoxları cinsi meylə maraqlarından dolayı masturbasiya ilə daha çox məşğul olurlar. Yetişkin yaşa çatmış hər bir yeniyetmənin orqazm hissetmə və nəsil artırma qabiliyyəti vardır. Nikah yaşına çatmadığına, əxlaqi və sosial dəyərlərlə əlaqədar olaraq cinsi həyata başlamağa qoyulan qadağalar masturbasiyanın daha çox yenitetmələr arasında artmasına səbəb olur. Masturbasiya patoloji hal sayılmır. Mütəxəssislərin əksər faizi bunu normal hal kimi qəbul edir. Azyaşlı uşaqlar ilk dəfə cinsi orqanlarını masturbasiya vasitəsiılə”kəşf” ediirlər. Bu azyaşlıların cinsi orqana olan meyillərini artırır. Yeniyetmələr isə hormal cinsi həyat keçirə bilmədiklərinə görə öz təlabatlarını masturbasiya vasitəsilə ödəyirlər. Masturbasiya ilə evli cütluklərin məşğul olması tam normal hal sayılır. Cinisi həvəslərinin tam ödənməsi, cinsi həyatdan artıqlaması ilə zövq almaq istəyən evli cütlüklər masturbasiya ilə məşğul olurlar. Fizioloji nöqteyi-nəzərdən masturbasiya qadın və kişi orqanizminə mənfi təsir göstərmir. Lakin bu masturbasiyanı psixi xəstəliklərin nəticəsi olan, güclü cinsi maraqla müşaiyət olunan masturbasiyadan fərqləndirmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Masturbasiya" haqqında müzakirə