Sperma nədir?
Sperma kişiyə məxsus toxum mayesi olub yapışqan, yumşaq və açıq rəngə malik olur. Bu maye canlı erkəyin cinsi oyanma zamanı bolşaldığında ifraz edilir. İfrazat həm kişlərdə, həm də erkək heyvanlarda olur. Spermanın tərkibi spermatozoidlərdən və toxum mayesindən ibarət olur.
Sperma erkək canlının yetkinlik dövründən əmələ glməyə başlayır, maksimum həddə kimi yüksəlir və erkəyin qocalması ilə əlaqədar olaraq zəifləyir.
Spermanın miqdarı hər erkək canlıda fərqli olur.
Insanda orta hesabla 2-5 ml
buğada orta hesabla 40-50 ml
atda orta hesabla 60-100ml
vəhşi qabanda orta hesabla 250 ml
qoyunda orta hesabla 1-1,5 ml
kitdə otra hesabla 3 litrə qədər
Spermanın tərkibində askorbun turşusu, qanın xarakterinə görə antitel, xolesterin,
xolin, limon turşusu, fruktoza, dezoksiribonuklein turşusu, dokozaheqsain turşusu, sianokobolamin, qlütation, inozit, süd turşusu, sopermin, qialuonidaza, üzüm turşusu, pirimidin, spermidin, sidik turşusu, Zn, Cl,Ca, Mg, NO3, PO4, K, Na ionları var.
Spermanın mayalanması onun miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Hər bir erkək canlıda isə mayalanmaya hazır olan spermanın miqdarı fərqli olur. Bəzi erkək heyvanlarda hətta spermanın mayalanması mövsümi xarakter daşıyır, bəzilərində isə müxtəlif səbəblərdən mayalanma prosesi baş tuta bilmir.
*Tibb məntəqələrində spermanın müayinəsi sonsuzluğun səbəbini araşdırmaq üçün aparılır.
*Məhkəımə tibbi ekspertizası zamanı spermanın müayinəsi şəxsiyyəti təyin etmək üçün yopxlanılır.
* Kənd təsərüffatında spermanın müyinəsi heyvanların süni mayalanması zamanı aparılır.
Spermaya qarşı allergiyaya nadir hallarda müşahidə edilir. Bu isə cinsiyyət orqanının ətrafında şişkinliklərlə və qaşımalarla müşahidə edilir.
Spermanın quyruqlu olması 1677 ci ldə holland alimi Antoni Van Levenhuq tərəfindən aşkarlanıb.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sperma nədir?" haqqında müzakirə