Aclıq və kaxeksiya

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 6 533
  • 0 rəy

Aclıq və kaxeksiya
Uzun müddət normal qidalanmamaq aclığa və kaxeksiyaya səbəb olur. Kaxeksiya orqanizmin həddindən artıq zəifləməsi, fizioloji və psixoloji vəziyyətin patoloji hala düşməsidir.
Kaxeksiya bədən çəkisinin yarıdan çoxunun itirilməsidir. Bu orqanizmin bütün yumşaq toxumalarında baş verir. Yəni kaxeksiya zamanı qaraciyər, böyrəklər, bağırsaqlar, ürək əzələsinin də çəkisi azalır. Kaxeksiyanin ilkin əlamətləri piy toxumasının atrofilaşmasında göstərir. Belə ki, ilk növbədə piy toxuması azalmağa başlayır, dəri öz elastikliyini və yumşaqlığını itirir, solğun və quru olur. Bu zaman saçlar da quru olur, öz çəkisini itirir və tökülməyə başlayır. Kaxeksiya artdıqca orqanizmin bütün sistemlərində patoloji dəyişikliklər meydana çıxmağa başlayır, halsızlıq meydana çıxmağa başlayır. Bu zaman stomatit və digər infeksion xəstəliklər meydana çıxmağa başlayır. Bir sözlə avitaminoz və anemiya başlayır. Belə vəziyyətlərdə qadınlarda aybaşı kəsilir.
Tam aclıq və kaxeksiya 8-12 həftə ərzində ölümə səbəb olur.
Kaxeksiyanın baş verməsinə səbəb olan aclıq müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Kaxeksiyanın əmələ gəlməsinə endokrin sistemin xəstəlikləri, vərəm, bədxassəli şişlər, AİDS və s. səbəb ola bilir. Aclıq və kaxeksiya əlamətlərinin aradan qaldırmaq üçün xəstəni vitamin və minerallarla zəngin qidalarla yedirmək lazımdır. Amma bu zaman xəstənin qidasına, qidanın miqdarına nəzarət etmək lazımdır. Çünki uzun müddət ac qalan orqanizmdə mədə-bağırsaq sistemi öz fəaliyyətini itirmiş olur. Ona görə də xəstəni az-az, tez-tez və kalorili yedizdirmək lazımdır. Xəstəyə meyvə şirələri, zülallı, kalorili qidalar təyin edilir və mədə-bağırsaq sistemi nəzarətdə saxlanılır. Xəstənin qidası az-az artırılaraq gün ərzində 5000 kkaloriya çatdırılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aclıq və kaxeksiya" haqqında müzakirə