Aldosteronizm

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 2 508
  • 0 rəy

Aldosteronizm.
Aldosteron sekresiyasının artmasına aldosteronizm deyilir. Bu proses birincili və ikincili olur. Aldosteron sekresiyasının böyrəküstü vəzdən kənarda olan ilkin patoloji proseslər nəticəsində artmasına və bu hormonun katobolizmininn zəifləməsi nəticəsində orqanizmdə artıq miqdarda toplanmasına isə ikincili aldeoteronizm adı verilmişdir.
Aldosteronizmin əsas əlamətləri elektrolit mübadiləsinin pozulması ilə əlaqədardır. Bu zaman orqanizmdə Na ionları toplanır, K ionları isə itir, hipermatriemiya və hipokaiemiya baş verir. Natriumun artıq ionları katexolaminlərə qarşı həssaslığını itirir, buna görə də damar tonusu artır və arterial təzuyiq artır. Kaliumun itirilməsi isə aşağıdakılara səbəb olur:
– əzələlərin yığılma qabiliyyətinin zəifləməsi
– müvəqqəti parez
– iflic
– poliuriya.
Bu patologiyalar baş verdikdə xəstəliyin radikal müalicəsi böyrəküstü vəzdə ola şişin cərrahi üsulla çıxarılmasıdır.
İkincili aldosteronizm isə müxtəlif səbəblərdən baş verir. Bunlara aşağıdakılar daxildir:
– böyrəklərdə renin sekresiyasının azalması
– hipoosmolyar dehidratasiya
– izoosmolyar dehidratasiya
– qaraciyər funksiyasının pozulması nəticəsində aldosteronun aktivləşməsinin azlması.
İkincili aldosteronizmin əlamətləri bu prosesin inkişafına səbəb olan xəstəliklərin ağırlıq dərəcəsindən asılıdır. Xəstəliyi əmələ gətirən şişlərə aldosteroma deyilir. Bu şişlərə həm qadınlarda, həm də kişilərdə istənilən yaş qrupunda rast gəlmək olur. Böyrəküstü vəzin aldosteromasına azyaşlı oğlanlarda rast gəldikdə, onların ikincili sinsiyyət əlamətləri vaxtından əvvəl inkişaf edir. Cinsi yetişkənlik dövrünə çatmamış qızlarda isə xəstəlik baş verdikdə onların uşaqlığı, yumurtalıqları və uşaqlıq boruları inkişafdan qalır. Xəstəlik qadınlarda baş verdikdə mensturasiya kəsilir və ikincili qadın cinsiyyət əlamətləri inkişafdan qalır.
Aldosteroma şişlərinə qadınlarda kişilərə nisbətən 2 dəfə artıq rast gəlinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aldosteronizm" haqqında müzakirə