Dissirkulyator ensefalopatiya
Ilk dəfə olaraq 1957-ci ildə Q.A. Maqsudov tərəfindən sirkulyasiya pozulmları nəticəsində əmələ gələn diffuz dəyişiklikləri ifadə etmək üçün təklif olunmuşdur.
Etiologiyası:
Ateroskleroz ( aterosklerotik ensefalopatiya), arterial hipertoniya və ya onların birgə müşahidə olunması, eləcə də aterosklerozla müşayiət olunan diabed xəstəliyi əksər hallarda DE-nin baş vermə səbəbi ola bilər.
Patogenetik mexanizmi əsasən, beyin toxumasının hipoksiyasına səbəb olan işemiya ilə izah olunur.
Klinikası:
Dissirkulyator ensefalopatiyanın inkişafında 3 mərhələ ayırd edilir.
1 –mərhələ yaddaşın pozulması, baş ağrıları, başgicəllənmə, yuxu pozulması, əsəbilik, dilxor əhvali-ruhiyyə ilə xarakterizə olunur. Ensefalopatiyanın bu mərhələsində həyat və peşə stereotipləri saxlanılır. Nevroloji müayinədə dağınıq mikrosimptomar – mioz, bəbək reflekslərinin süstlüyü, asimetriya, patoloji əl refleksləri, uzadılmış əllərdə əsmə, paresteziyalar müşahidə olunur.
2-mərhələdə xəstələr hələ kifayət qədər fəallığını saxlayıq, ancaq adi iş gördükdə belə yorğunluq hiss edirlər. Yaddaş diqqət pozulması dərinləşir, başağrısı daimi olur, qulaqlarda küy, başgicəllənmə, gəzişin dayanıqsızlaşması qeyd olunur. Mimiki əzələlər fəallığının itirir, nitq monoton olur, əllərin başın əsməsi müşahidə olunur.
3-mərhələ kəskin ifadə olunmuş ensefalopatiya – beyin toxumasında ağır diffuz morfoloji dəyişikliklərlə xarakterizə olunur. Beyincik pozulmaları, parez, nitq pozulmaları aşkar olunur, yaddaş xeyli zəifləyir. Göz dibində torlu qişanın angiosklerotik dəyişiklikləri müşahidə olunur.
Diaqnostikası – subyektiv şikayətlərin və bütün damar sisteminin müayinəsinin obyektiv dəyişikliklərinin əlaqələndirilməsi əsasında qoyulur.
Müalicə: Angioprotektorların, nootrop preparatların qəbulu məqsədəuyğundur. Göstəriş olduqda lipid mübadiləsi tənzimləməsi, hipotenziv terapiya ahttp://immunitet.az/uploads/posts/2017-01/1484047436_eseb-768x512.jpgparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dissirkulyator ensefalopatiya" haqqında müzakirə