Spinal (onurğa) araxnoidit
Onurğa beynin yumşaq və hörümçək toruna bənzər qişaları arasında bitişmə və kistaların əmələ gəlməsi ilə xarakterizə olunan patoloji prosesdir.
Etiologiyası:
Kəskin və xroniki infeksiyalar, vərəm, meningitlər, sifilis və onurğa beynin travmaları xəstəliyin etioloji səbəblərinə aiddir.
Klinikası:
Keçici paresteziya və aşağı ətraflarda ağrı, xəstəliyin ilkin əlamətləri hesab olunur. Əvvəlcə ağrılar daimi, birtərəflidir, sonra isə xəstəliyin inkişaf etmə dərəcəsindən asılı olaraq ikitərəfli və simmetrik xarakter daşıyır. Ağrılar seqmentar, sonralar isə keçici hissiyyat pozulmaları ilə müşahidə olunur. Hissiyyat pozulmaları və vətər reflekslərinin uzunmüddətli azalması yaxud tamamilə itməsi xəstəliyin yeganə klinik əlaməti ola bilər.
Diaqnostikası: Diaqnozu rentgen müayinəsi ilə təyin edilir.
Kontrast maddələrlə müayinə zamanı onurğa beynin ocaqlı atrofiyası və qişalarda diffuz yapışqan kistoz dəyişikliklər aşkar edilir. Onurğa beyni mayesi uzun müddət normal yaxud az dərəcədə dəyişilmiş olur.
Spinal araxnoiditi onurğa beyni şişləri, spinal paximeningit, dağınınq sklerozun spinal forması və dissirkulyator mielopatiya ilə differensə etmək lazımdır.
Müalicəsi:
Fiziki üsullarla müalicə, onurğa nahiyəsində ultrabənövşəyi şüa eritem dozası, onurğa boyunca yaxud köndələninə induktotermiya tətbiqi əhəmiyyət daşıyır. Onurğa beynin kompressiyası ilə müşahidə olunan məhdud spinal araxnoiditlərdə cərrahi əməliyyat- bitişmə və kistaların kəsilməsi göstərişdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Spinal (onurğa) araxnoidit" haqqında müzakirə