Xroniki böyrək çatışmazlığının patoloji anatomiyası

  • Müəllif: redaktr
  • Tarix: 12 fevral 2017
  • Baxış sayı: 2 242
  • 0 rəy

 Xroniki böyrək çatışmazlığının patoloji anatomiyası
Böyrək çatışmazlığının əmələ gəlməsində böyrək arteriyalarının spazmı və perfuzion təzyiqin aşağı düşməsi nəticəsində böyrək toxumasında işemiya əmələ gəlir və o zədələnir.Zədələnmə əsasən böyrək kanalcıqlarında baş verir,çünki,onlar oksigen aclığına az davamlıdırlar.Bundan başqa əksər nefrotoksik zəhərlər seçici olaraq böyrək kanalcıqlarının epitelisini dağıdırlar.Xəstəliyin əmələ gəlməsinə kanalların hemoqlobin,mioqlobin,sulfanilamid,sidik turşusu kristallarından əmələ gələn tıxaclarla tıxanması da xəstəliyin əmələ gəlməsinə səbəb olur.
Böyrək çatışmazlığının əmələ gəldiyi ilk dövrlərdə böyrəklərin ölçüsü və çəkisi 250 qramdan artıq olur.Ödem baş verir,qan və limfa durğunluğu nəticəsində böyrəyin fibroz kapsulu gərginləşir.Qabıq maddə avazıyır,beyin maddə tünd-qırmızı rəngdə olur.
Bir müddət sonra yumaqcıqların kapilyar ilgəkləri boşalaraq qansızlaşır,yumaqcığın kapsularası sahəsinə zülallı eksudat toplanır,qan kapilyarlarında bəzən tromblara təsadüf edilir.
Kanalcıqlarda baş verən zədələnmələr nefrotoksik zədələnmələr və qan dövranında baş verən pozğunluqlar səbəbindən baş verir.
Böyrəklərdə patoloji prosesin dərinləşməsi böyrəyin qabıq maddəsində xırda damarların boşalmasına,beyin maddəsinin genişlənməsinə və mikrotrombozların baş verməsinə gətirib çıxarır.
Böyrək çatışmazlığının 4 mərhələsi ayırd edilir:
1 Başlanğıc mərhələ
2 Oliqo-anuriya mərhələsi
3 Poliuriya mərhələsi
4 Sağalma mərhələsi
Başlanğıc mərhələ xəstəliyi əmələ gətirən səbəbin klinik mənzərəsini özündə təcəssüm edir.
İkinci mərhələ gündəlik sidik ifrazının azalmasından ibarətdir.Bu hal 2-3 həftə çəkir.Sidiyin azalması qəfildən və ya tədricən baş verə bilər.Bu zaman sidiyin çəkisi ağır olur,xəstənin dərisinin rəngi avazıyır,bədənində ödemlər əmələ gəlməyə başlayır.Asteniya,baş ağrıları,sinir sistemi pozğunluqları aşkar edilir,tənəffüs sistemi pozğunluqları meydana çıxır.
Xəstəliyin üçüncü mərhələsində xəstələrin ürək-damar sistemində ağır dəyişikliklər baş verir,nəbz tezləşir,qan təzyiqi aşağı düşür,damar çatışmazlığı baş verir.Xəstənin iştahası azalaraq get-gedə itir.Xəstələrdə ürəkbulanma,qusma baş verir.
Böyrək çatışmazlığının sonuncu mərhələsində böyrəklərin fəaliyyəti tamamilə dayanmış və xəstənin dializə ehtiyacı olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Xroniki böyrək çatışmazlığının patoloji anatomiyası" haqqında müzakirə