Peşə allergiyaları

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 1 438
  • 0 rəy

Peşə allergiyaları.
Peşə allergiyaları kimyəvi maddələrlə təmas halında işləyənlərdə, tozlu iş yerlərində çalışan adamlarda daha çox rast gəlinir. Bu cür şərtlər altında işləyən adamlarda aşağıdakı əlamətlər müşahidə olunur:
– asqırma
– öskürmə
– nəfəs çatışmazlığı
– bəlğəmli öskürək.
Peşə allergiyasının müalicəsi digər allergiya müalicələri ilə eynidir. Sadəcə olaraq peşə allergiyasını törədən səbəbdən uzaq durmaq xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hətta vaxtında allergiyanı törədən səbəbdən uzaq dururularsa, müalicəyə də ehtiyac qalmaz. Vaxtında və düzgün qoyulmuş diaqnoz xəsəlikdən tez yaxa qurtarmağa yardım edir.
Peşə allergiyası insanlarda bronxit, ağırlaşmalar zamanı isə astma xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Belə xəstələr daima xırıltılı nəfəs alır və burunlarında tutulma olur.
Peşə allergiyasına diaqnoz qoymaq heç də çətin deyil. Belə adamlar iş günlərində özlərini pis hiss edirlər və iş günlərində onlarda allergiya əlamətləri müşahidə edilir. Amma istirahət günlərində onlar özlərini tam sağlam hiss edirlər. Allergiyaya səbəb olan maddələr həssas adamlara bir gündə və ya uzun illər müddətində yavaş-yavaş təsir gəstərə biir. Allergiyaya səbəb olan maddələr aşağıdakılar ola bilir:
– tük, saç, heyvan dərisi, kürk
– boyalar, yapıdığıcı maddələr, laminat və anhidritlər
– dezinfeksiyaedici maddələr və digər kimyəvi maddələr
– paroşok və şampunlar
– platin, xrom, nikel, sulfat
– kauçuk, lateks, pambıq, un, kətan, çovdar, buğda
– tərkibində xlor, kükürd, dioksid kimi maddələr olan kimyəvi birləşmələr.
Peşə allergiyasına risk altında olan adamlara aşağıdakılar aiddir: 

– ailəsində allergiya xəstəsi olanlar
– allergiyaya meyilli olanlar
– immuniteti zəif olanlar.
Aşağıdakı peşələr allergiyaya səbəb ola bilir:
– heyvanlarla işləyənlər
– taxta və mebel sexlərində işləyənlər
– dəyirmanda və şirniyyat sexlərində işləyənlər
– xalı toxuyanlar
– tarlada işləyənlər
– bərbərlər
– tibb işçiləri
– farmaseftlər
– dənizdə işləyənlər
– rəngsazlar
– tekstildə işləyənlər
– plastik məmulatlarla işləyənlər.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Peşə allergiyaları" haqqında müzakirə