Xroniki hepatit xəstələrinə ümumi tövsiyə və pəhriz

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 360 321
  • 0 rəy

Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rejimi təyin edilir. Mülayim və minimal gedişli xroniki hepatitdə isə fiziki və emosional gərginliyin məhdudlaşdırılması məsləhət görülür. Kəskinləşmiş xroniki hepatit xəstələrinə aşağıdakılar əks-göstəriş sayılır:
– vaksinasiya
– insolyasiya
– isti prosedurlar
– soyuqlama.
Bunlardan başqa hepatit xəstələrinə peşə və məişət zərərlərinin aradan qaldırmaq məsləhət görülür. Hepatit xəstələrinin pəhrizi 100-200 qram zülal, 80-100 qram yağ, 400-500 qram karbohidrata malik olmalıdır. Qaraciyər ensefalopatiyasında heyvani zülalların, assitdə isə duzun miqdarı azaldılmalıdır.
Xroniki hepatit xəstələrinə xəstəliyin kəskinləşmə dövründə aşağıdakı qida məhsullarından uzaq durmaq tövsiyə edilir:
– qızardılmış və qovrulmuş qidalar
– sərt qida məhsulları
– qıcıqlandırıcı ədviyyatlar
– spirtli içkilər
– sintetık qida məhsulları
– geni dəyişdirilmiş qida məhsulları
– yağlı və gec həzm olunan qidalar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Xroniki hepatit xəstələrinə ümumi tövsiyə və pəhriz" haqqında müzakirə