Böyrək Nədir
Böyrəklər cüt orqan olub orqanizmin ən çətin orqanlarından sayılır. Orqanizmin normal həyat funksiyasını qoruyub saxlamasında böyrəklərin rolu çox əhəmiyyətlidir.
Normal orta yaşlı şəxslərdə böyrəklərin
uzunluğu 11-14 sm uzunluğunda
çəkisi isə 150-160 qram olur.
Bədənin daxili mühitinin normal saxlanmasında hemostazın baş verməsi böyrəklər tərəfindən həyata keçirilir.
Yəni, böyrəklər su-duz, qələvi-turşu, azot mübadiləsinin baş verməsində iştirak edir.
Qanın laxtalanması,arterial təzyiqin fəaliyyəti eritropoez və s. proseslərin tənzimlənməısi də böyrəklər tərəfindən həyata keçirilir.
Böyrəklər orqanizmdən lazımsız maddələrin xaric olmasına səbəb olan bir orqandır. Orqanizm üçün vacib sayılan metal ionlarının xaric olunması və ya orqanizmdə yığılıb qalması da böyrəklərin hesabına baş verir.
Böyrəklərin ən baş funksiyası mürəkkəb maddə sayılan sidiyin əmələ gətirməsidir.
Sidiyin tərkibi 150 üzvi və qeyri-üzvi maddədən ibarət olub, böyrəklər tərəfindən əmələ gəlir.
Böyrəklərin sağlam olduğu zaman bütün maddələrin sorulması və ya xaric edilməsi normal şəkildə baş verir və orqanizmdə patoloji əlamtlər meydana çıxmır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrək Nədir" haqqında müzakirə