Qadın cinsiyyət üzvlərinin müxtəlif bədxassəli şişləri
Yumurtalıq şişləri çox vaxt simptomsuz keçir. İri şiş olduqda qonşu üzvlərə də təsir edib onların funksiyalarını pozur. Ağrı şişin ayaqcığının burulduğu zamanı baş verir. Yumurtalıq şişləri hormonal aktivliyə malik olduqlarına görə ilk növbədə əksər hallarda aybaşı funksiyasının pozulması ilə müşahidə edilir.
Vulvanın xərcəngi.
Bu xəstəliyə nadir hallarda rast gəlinir. Xəstəlik böyük və kiçik cinsiyyət dodaqlarında əmələ gəlir. Vulvanın xərçəngi leykopeniya ilə müşahidə edilir. Xəstəliyin 3 növü var: şişli düyün, xora və diffuz düyün.
Tekoma.
Tekoma dənəvər hüceyrəli şişdən daha tez-tez rast gəlinir. Tekoma feminizasiyaedici aktiv şişlərdən hesab edilir. O yumurtalığın formasını təkrarlayır, kiçik ölçülü, əlləyərkən bərk və sarı rəngdə olur. Mikroskopik olaraq yoxlanıldıqda şiş toxumasının tək hüceyrəli olduğu müəyyən edilir.
Androblastoma.
Yumurtalığın maskulinizasiya edən şişlərinə aiddir. Şiş toxuması androgen fəallığa malik olur. Şişin diametri əksər hallarda 10-12 sm olur. Şiş toxuması adətən birtərəfli inkişaf edir. Androblastoma kişi cinsiyyət toxumalarına bənzəyən hüceyrələrdən ibarət olur. Xəstəlik ən çox gənc yaşlı qadınlarda baş verir. Əksər hallarda 25-35 yaşlı qadınlarda baş verir.
Dermoid kista.
Bu şiş müxtəlif konsistensiyalı törəmədir. Şiş toxuması bir tərəfli inkişaf edir, dairəvi və oval formalı olub, 10-12 sm ölçüdə olur. Şiş toxuması əməliyyatdan sonra kəsildikdə onun boşluğunda piy, tük, qığırdağabənzər və sümük törəməli olduğu aşkar edilir. Xəstəliyə ən çox 20-40 yaşlarında rast gəlinir.
Dishermoma.
Dishermioma bədxassəli şişdir. Çox vaxt uşaqlıq yaşlarında rast gəlinir. Şiş müxtəlif ölçülü, bərk, dairəvi formalı olur.
Yumurtalıq şişlərinə diaqnozun qoyulmasında USM, MRT və ginekoloqun müayinəsi əsas götürülür.
Müalicə operativ üsulla aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadın cinsiyyət üzvlərinin müxtəlif bədxassəli şişləri" haqqında müzakirə