Pilorospazm
Bu xəstəlik zamanı epiqastral nahiyədə intensiv ağrı, ağızda turşuluq hissi, mədə çıxacağının spastik yığılması, mədə möhtəviyyatı ilə bol qusma olur. Xəstənin mədəsinə düşən heçbir qida həzmə getmir, mədədə yığılır qalır.
Müayinəsi:
Mədə rentgenoskopiya olunur. Bu zaman kontrast maddənin evakuasiyası ləngiyir və mədə çıxacağının spesifik yığılmalarını görmək olur. Diaqnoz fibroqastroskopiya ilə təsdiqlənir.
Laborator müayinələr zamanı qanın sidiyin analizi, normal QBA normal olur. Mədənin sekretor funksiyası yoxlanan zaman xlorid turşusun miqdarının artıq olması müəyyən olunur. Mədənin selikli qişasının biopsiyasi norma daxilində olur, mədənin USM müayinəsi zamanı mədənin evakuator funksiyasinın pozulması aşkar edilir. Elektroqastroqrafiya zamanı isə mədənin tonusunun və motor funksiyasının pozulması müəyyən olunur.
Müalicəsi:
Xəstələrdə birinci sinir-psixi faktor və stress situasiyaları aradan qaldırılmalıdır. Psixoterapiya bəzən də hipnoterapiya lazım gəlir.
Pəhriz yüngül həzm olan qidalardan ibarət olmalıdır. Papiros çəkmə və spirtli içkilərdən istifadə azaldılmalıdır. Körpə uşaqlarda isə pediatr həzmi normallaşdiran spazmı aradan qaldıran dərman preparatlarından istifdə etməyi məsləhət görür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Pilorospazm" haqqında müzakirə