Seroz kistomalar
Poliplərin patogenezi vəzili-kistoz hiperplaziyanın inkişaf mexanizminə bənzəyir. Poliplərin inkişaf etməsinə irsi yaxud sonradan qazanılmış hormonal pozğunluqlar səbəb olur. Əksər poliplər üçün hormonal terapiya ilə qarşısı alınmayan residivləşməyə meyllilik vardır. Poliplərin residivləşməsi çox vaxt onların tam xaric olunmaması ilə əlaqədardır və adətən poliplər çıxarıldıqdan sonra birinci il ərzində yenidən yaranır. Poilplərin klinik şəkli müxtəlif uşaqlıq qanaxmaları ilə səciyyələnir. Gənc qadınlarda belə qanaxmalar meno tipində keçir. Yaşlı qadınlarda isə postmenopauza dövründə təkrarlanan zəif-qanlı ifrazatla müşahidə oluna bilir.
Ağrı simptomu nadir hallarda olur. Poliplər zamanı qadınlarda ağrının baş verməsi yeni poliplərin əmələ gəlməsi zamanı baş verir.
Diaqnozu:
Poliplər üçün daha dəqiq diaqnostika metodu histeroskopiyadır. Patohistoloji tədqiqatlar da poliplərin diaqnozunun dəqiqləşməsində mühüm rol oynayır.
Müalicəsi:
Poliplərin müalicəsində cərrahi üsuldan istifadə olunur. Xəstəyə hormonal müalicə tətbiq edilir. Hormonal terapiya 3 aydan 8 aya qədər həkim nəzarəti altında kontrol müayinələrlə davam etdirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Seroz kistomalar" haqqında müzakirə