Tibb embleminin mənasının açıqlamasını bilirsinizmi?

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 6 484
  • 0 rəy

Tibb embleminin mənasının açıqlamasını bilirsinizmi?
Müasir tibbin emblemində ilan şəklinin olduğunu yəqin ki, hamınız görmüsünüz. Emblemin şəklində fincanın ayaqlarına dolanmış ilan başını, fincanın içərisinə doğru əymişdir. Bu emblem 1924-cü ildən bütün Sovet ölkələrinin tibb mərkəzlərində görünməyə başlayıb. Amma bu emblemin tarixi çox qədim zamanlara gedib çatır. İndi də bir çox ölkələrdə, o cümlədən Azərbaycanın bütün səhiyyə ocaqlarında bu emblemə rast gəlmək olur.Bəs bu şəklin mənası nə anlama gəlir? Bunu heç düqşünmüsünüzmü?
İlanlar qədim dövrlərdən də həkimlərin diqqət mərkəzində olmuşdur.

Əfsanəvi yunan həkimi Asklepiy (bəzi məlumatlardan biz onu Eskulap kimi tanıyırıq) həmişə öz əsərlrində ilanı təsvir etməyə çalışıb. İlanların tibbdə rolunun olması barədə söylədikləri onu dahi həkim – hətta həkimləri Allahı etmişdir. Bu barədə qədim yunan əfsanələrində danışılır.
Əfsanəyə görə Asklepiy yunan çarı Minosomun sarayına dəvət olunur ki, onun ölmüş oğlunu xaç suyuna salsın. Həkim saraya gedərkən görür ki, onun əsasına ilan dolaşıb. O, qorxur və əsa ilə tez ilanı öldürür. Sonra həkim ölmüş ilanın yanında ikinci ilanın peyda oduğunu görür. Həkim ikinci ilanın ağzında bir ot görür. Asklepiy ikinci ilanı ölmüş ilanın xaç suyuna salması üçün ağzında ot gətirdiyini düşünür və həmin otlardan yığıb çarın oğlunun xaç suyuna salınmasında istifadə edir.
Bu barədə araşdırmalar aparan mütəxəssislər ilan simvolunun şəklinin mənasını ilanın ölüm mələyi və ya xəstəlikləri hürküdən biri olması barədə düşünürlər.
İlan emblemi barədə bir çox başqa əfsanələr də söylənilir. Amma onların hamısı ilanın bədəninin və zəhərinin çox güclü dərman vasitəsi olması fikrinə əsaslanır.
Bəzi əfsanələrə görə ilan dilini çıxardıb oynatmaqla qarşısındakı heyvanı hipnoz edib zəhərlədiyinə görə o həm xoşbəxtliyin və bədbəxtliyin, həm də həyat və ölümün simvolu sayılır. İlanın sarılaraq fincana doğru əyilməsi isə bütün dərman vasitələrinin , o cülədən ilan zəhərindən hazırlanan dərmanların da fincanda hazırlanmasına işarətdir.
İlanla əlaqəli ilk simvol bizim eradan əvvəl 800-600-cü illərə təsadüf edir. Düzdür həmin dövrlərdəki simvollarda ilan və fincan ayrı-ayrı çəkilib. Hər ikisinin birlikdə simvol kimi qəbul edilmsi XVI əsrdə məhşur həkim Paracels tərəfindən irəli sürülmüşdür.
Bəsi emblemlərdə ilanın quyruğunun fincana doğru əyilməsi qeyd edilib ki, bu hərbi-tibbin simvolu hesab edilir.

 Kadusiy  (Yunan allahı Hermesin elçisi) onun qanadlı əsasına 2 ilanın dolanması
   Efesdə tapılmış daş sütunda əks olunmuş tibb işarəsi
  1863cü ildə Cenevada qəbul edilmişdir
 Asklepiy (bəzi məlumatlardan biz onu Eskulap kimi tanıyırıq)
  həyat ulduzu ABŞ 1977- ci il 1 fevral
   Kadusiy  (Yunan allahı Hermesin elçisi) qızı Qiqeya ilanlara yemək verən yerdə-də təsvir edilir müasir farmakologiyada da istifadə edilir emblem 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tibb embleminin mənasının açıqlamasını bilirsinizmi?" haqqında müzakirə