İlan zəhəri

  • Müəllif: elnare
  • Tarix: 6 yanvar 2017
  • Baxış sayı: 3 785
  • 0 rəy

İLAN ZƏHƏRİ
İlan insanı sancdıqda zəhəri çox zaman öldürücü olur. Buna görə də canlıların hamısı zəhərli ilanlardan qorxur. Ancaq çoxları ilan zəhərindən dərmanların hazırlanmasında və kosmetologiyada istifadə edildiyindən xəbərsizdir.
İlanın zəhəri gözlərinin arxasında yerləşir. Zəhər  şikarın bədəninə zəhərli dişlər vasitəsilə keçir və həyati vacib orqanları sıradan çıxarır.
Zəhərin tərkibində neyro və kardiotop toksinlər olur. Bu toksinlər ilk növbədə ürək – damar və sinir sisteminə təsir edir. Zəhərin hemorragik, nekrozlaşdırıcı təsiri var. Zəhər bədənə daxil olandan bir neçə dəqiqə sonra beyinin bəzi hissələri nekroza uğrayır. Zəhərin tərkibi ilanın bədənində zəhəryaradan zülalların və aminturşularının miqdarından asılıdır.
İlan zəhərinin öldürücü olmasına baxmayaraq, ağıllı insanın əlində o müxtəlif faydalı vasitələrə çevrilə bilir.
1. Tibb sahəsində müxtəlif iltihabəleyhinə mazların hazırlanmasında ilan zəhərindən istifadə erilir.
2. Onurğanın və əsəb sisteminin xroniki xəstəlikləri zamanı ağrıkəsici məlhəm hazırlanır.
3. Onkoloji xəstəliklərin sağalması üçün dərmanlar hazırlanır.
Kosmetologiya sahəsində müxtəlif massaj kremlərinin hazırlanasında və şampunların düzəldilməsində də ilan zəhərindən geniş istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İlan zəhəri" haqqında müzakirə