UŞAQLIQ YOLUNUN ŞİŞLƏRİ


Baxış sayı: 87     Bölmə: Məqalələr / Xəstəliklər / Onkoloji xəstəliklər

 
UŞAQLIQ YOLUNUN ŞİŞLƏRİ.
Uşaqlıq yolunun xoşxassəli şişlərinə az rast gəlinir. Adətən onlar gənc qadınlarda yumurtalıq artımının boylama axacığından və ya embrional toxuma qalıqlardan inkişaf edir.
Uşaqlıq yolunun şişlərinin çox zaman heç bir əlaməti olmur və təsadüfi baxış zamanı aşkar edilir. Simptomlar yalnız şiş çox böyüyüb irinlədikdə, sidik kisəsi və düz bağırsaq funksiyasını pozduqda baş verir.
Uşaqlıq yolunun fibromioması ayaqcıq və ya enli əsas üzərində durub tək düyün şəklində rast gəlinir, palpasiyada ağrılı, bərk və hərəkətli olur.
Son diaqnoz xaric olunmuş şişin histoloji müayinəsinə əsasən qoyulur.
Uşaqlıq yolunun bütün xoşxassəli şişlərinin müalicəsi cərrahi yolla aparılır.
Uşaqlıq yolunun xərçəngönü xəstəliklərinə eritroplakiyalar, atipik leykoplakiyalar, displaziyalar aid edilir.
Uşaqlıq yolunun bədxassəli şişlərinə xərçəng və sarkoma aiddir. Bu xəstəlik qadın cinsiyyət uzvlərinin bədxassəli şişlərinin 3%-ni təşkil edir.
Xəstəliyin erkən mərhələsində simptomlar az nəzərə çarpır. Şiş böyüdükcə və parçalandıqca xəstədə qanaxmalar, qarının aşağı hissəsində ağrılar artmağa başlayır.
DİAQNOZU: Xəstəliyə diaqoz sitoloji və histoloji müayinənin nəticələrinə əsasən qoyulur. USM VƏ MRT-nin nəticələri diaqnozu təstislənməsində böyük rol oynayır.
MÜAYİNƏSİ: Xəstəliyin müalicəsi cərrahi yolla aparılır. Müştərək olaraq xəstələrə şüa terapiyası da verilir. Xəstəliyin proqnozu qeyri-qənaətbəxşdir.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.