Uşaqlıq və uşaqlıq yolunun inkişaf anomaliyaları
Bu çatışmazlıq mezodermal axarların birləşməsinin pozulması zamanı yaranır. Patologiyaya kliniki təcrübə zamanı tez-tez rast gəlinir. Patologiya aşağıdakı şəkildə özünü göstərir.
– uşaqlıq yolu aplaziyası ( bütünlüklə olmaması)
– qızlıq pərdəsinin inkişaf qüsurları
– uşaqlıq yolunun atreziyası.
Uşaqlıq yolunun aplaziyası çox vaxt uşaqlıq və yumurtalıqların inkişafdan qalması ilə eyni zamanda baş verir. Ancaq normal uşaqlıq və yumurtalıqlarda da uşaqlıq yolunun izolə edilmiş aplaziyasına rast gəlmək olur. Uşaqlıq yolunun aplaziyası bətndaxili mezodermal axarların aşağı şöbələrinin inkişaf pozulmaları zamanı əmələ gəlir.
Uşaqlıq yolu aplaziyası və atreziyası öz mənşəyinə görə fərqli olub, ancaq kliniki təzahürlərinə görə eyni olurlar. Adətən uşaqlıq yolu tutulmaları özünü cinsi yetkinlik dövründə göstərir. Bu zaman yetkinlik yaşına çatmış qızlarda aybaşının başlaması ilə əlaqdar olan qan axmağa yer tapmır və yığılıb uşaqlıqda qalır.
Qızlıq pərdəsinin inkişaf anomaliyası.
Bu zaman qızlıq pərdəsində yırtıq olmur (atreziya olur) və qızlıq pərdəsi uşaqlıq yoluna girişi tamamilə örtür. Qızlıq pərdsinin atreziyası adətən aybaşı funksiyasının başlaması zamanı meydana çıxır. Bu zaman aybaşı qanı xaricə çıxa bilmir və uşaqlıq yolunda toplanır. Bu zaman qız qarnının aşağı hissəsində ağrıdan və düz bağırsağa təzyiqin olmasından şikayət edir. Bu zaman qızlıq pərdəsinin atreziyası vaxtında aradan qaldırılmazsa hematometra (qanın uşaqlığa yığılması) baş verə bilir.
Diaqnoz klinikanın gedişinə və anamnezə əsaslanaraq qoyulur.
Müalicə zamanı qızlıq pərdəsi xaçabənzər şəkildə kəsilir, qan xaric olur, ağrılar kəsilir. Kəsiyin kənarlarının bitişməsi üçün ketqut sapla tikilir.
Uşaqlıq yolunun atreziyası zamanı çapıqlar və maneələr kəsilir, siqmayabənzər qarın, çanaq peritonu istifadə etməklə süni uşaqlıq yolu yaradılır. Süni uşaqlıq yolu uretra və düz bağırsaq arasında yaradılan kanalda formalaşır. Bu zaman cinsi həyat mümkün olmur.
Əməliyyat cərrah ginekoloqlar tərəfindən aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaqlıq və uşaqlıq yolunun inkişaf anomaliyaları" haqqında müzakirə