KƏSKİN KORONAR SİNDROM

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 6 153
  • 0 rəy

KƏSKİN KORONAR SİNDROM
Kəskin koronar sindrom ürəyin işemik xəstəliklərinin kəskin miokard infarktı və ya stenokardiyanın yaranmasına səbəb olan simptomlar qrupudur ki, onun əsasında patomorfoloji mexanizm durur. Bu mexanizm aterosklerotik piləyin cırılması sahəsində və ya endotelin zədələnməsi nəticəsində formalaşan müxtəlif dərəcəli trombozdan ibarətdir.
Piləyin zədələnməsi müxtəlif ölçüdə trombların əmələ gəlməsi ilə müşayət olunur. Xəstəliyin kliniki əlamətləri koronar arteriyada zədələnmiş aterosklerotik piləyin lokalizasiyasından və arteriyanın kalibrindən asılıdır.
Hal-hazırda kəskin koronar sindromun inkişafında rolu olan amillər 2 yerə ayrılır:
1) endogen amillər
2) ekzogen amillər
Endogen (iltihabi-destruktiv) mexanizmlə inkişaf edən kəskin koronar sindrom zamanı koronar arteriyalarda ən azı 3 müxtəlif variant dəyişikliklər müşahidə edilir ki, bunlar da kəskin koronar sindromun 3 kliniki formasını törədir.
1. Aterosklerotik piləyin tez artması
2. Tromboemboliyanın formalaşması
3. Koronar arteriyaların trombotik obstruksiyası
Ekzogen tip amillər kəskin koronar sindromun damar iltihabının aşağı səviyyəli aktivliyi fonunda əmələ gəlməsi ilə xarakterizə olunur. Yaranma səbəbi arteriya daxili trombun əmələ gəlməsi və miokardın oksigenə olan təlabatın artması ilə xarakterizə olur.
Kəskin koronar sindrom zamanı xəstələrdə aşağıdakı əlamətlər otraya çıxır:
– taxikardiya
– taxisistolik forma səyirici aritmiya
– arterial hipertenziya
– tireotoksikoz və s.
Xəstəliyin aşağıdakı kliniki formaları var:
– qeyri-stabil stenokardiya
– kiçik ocaqlı miokard infarktı
– residivləşən miokard infarktı
– his dəstəsinin sol ayaqcığının kəskin meydana çıxan tam blokadası
DİAQNOZU: Xəstəliyə diaqnozun qoyulmasında anamnezin, EKQ-nin, qanın biokimyəvi analizinin nəticələırinin əhəmiyyəti böyükdür.
MÜALİCƏSİ: Müalicə trombun və xəstəliyin əlamətlərinin aradan qaldırılması istiqamətində aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"KƏSKİN KORONAR SİNDROM" haqqında müzakirə