Koronar angioqrafiya

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 574
  • 0 rəy

Koronar angioqrafiya.
Angioqrafiya ürəyin işemik xəstəliklrinin diaqnostikasında “qızıl standart” hesab edilir. Rentgenokontrast məhlulların koronar arteriyalara selektiv yeridilməsi koronar mənfəzin rentgenoloji anatomiyası, stenoz və okklüziya, kollateralların olması haqqında məlumat verir. Hal-hazında Jadkins və Souns üsullarından istifadə edilir.
Koronoqrammanın analizi zamanı ürəyin işemik xəstəliklərində koronar damar mənfəzindəki dəyişiklikləri tam xarakterizə edən bir-neçə əlamətlər qiymətləndirilir. Bunlar aşağıdakılardır:
1. Ürəyin qanla təhcizatının anatomik tipləri:
a)  Sağ koronar tip – insanların 53-60%-ində rast gəlinir. Bu tipdə sağ koronar arteriya sağ mədəcik və qulaqcığı, sol mədəciyin və mədəciklərarası çəpərin arxa səthini qidalandırır.
b) Sol koronar tip – insanların 13-27%-ində rast gəlinir. Bu tipdə sol koronar arteriya ürəyin arxa səthini tamamilə qidalandırır.
c) Bərabər tip – insanların 24-68%-ində rast gəlinir. Bu tipdə ürəyin qidalanmasında sağ və sol koronar arteriyalar bərabər səviyyədə iştirak edirlər.
2.  Zədələnmənin lokalozasiyası:
– sol koronar arteriyanın kökü
– sol koronar arteriyanın ön enən şaxəsi
– sol koronar arteriyanın dolanan şaxəsi
– sol koronar arteriyanın dioqnal şaxəsi
– sağ koronar arteriya
– sağ koronar arteriyanın yan şaxəsi və koronar arteriyaların digər şaxələri.
3. Zədələnmənin yayılması:
– lokal forma
– yayılmış forma
4. Damar mənfəzinin daralma dərəcəsi:
I dərəcə – 50%-ə qədər
II dərəcə – 50-75%-ə qədər
III dərəcə – 75-99%-ə qədər
IV dərəcə – okkluziya (tam tutulma)
Koronar angioqrafiya aparılmasına göstərişlər:
* gərginlik stenokardiyaları
* gərginlik stenokardiyası His dəstəsinin ayaqcıqlarının blokadası ilə
* ağır mədəcik aritmiyaları
* damarlarında operativ əməliyyat apoarılması planlaşdırılan adamlar
* miokardın revaskulyarizasiyası(balon dilatasiyası,aortakoronar şuntlama)
* diaqnozun kliniki və peşəkar baxımdan dəqiqləşməsi
Koronar angioqrafiyaya əks göstərişlər:
* qızdırmalı vəziyət
* ürək ritminin ağır pozulmaları
* kəskin kardiomoipatiya total ürək çatışmazlığı ilə
* beyin qan dövranının kəskin pozulması
* müalicə olunmayan polisistemiya
* yod preparatlarına yüksək həssaslıq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Koronar angioqrafiya" haqqında müzakirə