Revaskulyarizasiya,şuntlama,balon dilatasiyası
Ürəyin işemik xəstəliyi olan xəstələrdə dərman müalicəsi səmərə vermədikdə sol baş koronar arteriya və 3 əsas arteriyanın stenozu zamanı bu arteriyalara cərrahi müdaxilə tətbiq olunur.Tətbiq olunan cərrahi müdaxilələr aşağıdakılardır:
- aorta-koronar şuntlama
- koronar arteriyanın balon dilatasiyası
- miokardın dolayı revaskulyarizasiyası
Əməliyyatların aparılmasında əsas məqsəd xəstənin ömrünü uzatmaq və ölüm sayını azaltmaqdır.
Revaskulyarizasiyanın aparılması üçün bəzi qaydalara əməl edilməlidir.
1.Sistemli şəkildə yox,individual aparılmalıdır.
2.Yalnız yüksək kardiosirkulyar riski olan xəstələrdə müalicə metodu kimi qiymətləndirilməlidir.
3.Revaskulizasiyanın texnikası(koronar angioplastika və aorta-koronar şuntlama)koronar damarların anatomik dəyişikliklərindən,xəstənin risk faktorlarından,yaşından və s.asılı olaraq seçilməlidir.
Aorta-koronar şuntlama
Əməliyyat aorta ilə koronar arteriyanın daralmış sahəsindən aşağı hissə arasında anastomozun qoyulmasından ibarətdir.Transplantat kimi adətən operasiya olunan xəstənin böyük baldır venasından istifadə olunur.Şuntların orta sayı 3-4,bəzi xəstələrdə 5-6 olur.
Balon dilatasiyası
Bu prosedur az travmalıdır və selektiv koronoqrafiya zamanı aparılır.Stenoz sahəsinə balon vasitəsilə şişirdilən kateter yeridilir.Balonun şişirdilməsi zamanı damarın divarına təzyiq artır ki,bu da aterosklerotik düyünün əzilməsinə və müvafiq olaraq koronar arteriyanın mənfəzinin genişlənməsinə gətirib çıxarır.Prosedur zamanı yaranan risk damarın çökməsi və perforasiyasıdır.
Miokardın qeyri-düz revaskulyarizasiyası
Aortal şuntlama və balon dilatasiyası aparmaq mümkün olmadıqda xəstədə medikamentoz müalicənin səmərəsi olmayan ağır anginoz sindrom qeyd olunduqda miokardın qeyri-düz revaskulyarizasiyası aparılır.Bu üsullardan biri ürəyin venalarının arteriyalaşdırılması,yəni aorta ilə koronar vena arasında anostomozon qoyulmasıdır.Əməliyyatdan sonra xəstədə ağrı tutmaları azalır və keçir.
Revaskulizasiya xəstənin ömrünü uzatsa da onun təyat tərzində bəzi dəyişikliklərə səbəb olur:
- Təxminən 4 il sonra xəstələr yenidən stenokardiya tutmalarına məruz qalırlar
- Bütün xəstələrin fiziki iş qabiliyyəti aşağı düşür
- Xəstələrin 30-35%-ində 2 il sonra yenidən revaskulyasiyaya ehtiyac duyulur.
Profilaktika məqsədilə xəstələrə bəzi məsləhətlər verilir:
- siqaretdən uzaq olmaq
- bədən çəkisini normada saxlamaq
- yağların qəbulunu azaltmaq
- gündəlik alkoqol qəbulundan uzaqlaşmaq
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Revaskulyarizasiya,şuntlama,balon dilatasiyası" haqqında müzakirə