Mikrovaskulyar disfunksiya

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 220
  • 0 rəy

Mikrovaskulyar disfunksiya
Mikrofaskulyar disfunksiya koronar qan dövranının pozulmasının vacib bir mexanizmidir. Onun əsasında ürəyin işemik xəstəliklərinin xüsusi forması – mikrosirkulyar stenokardiya durur.
Mikrosirkulyar disfunksiya aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:
* iri koronar arteriyalarda aterosklerotik dəyişikliklərin olmaması
* koronar arteriyanın distal nahiyyəsində aydın funksional və morfoloji pozğunluqların olması.
Əsasən dəyişikliklər ölçüsü 150-350 mkm-nı ötməyən kiçik koronar arteriyaların prearteriollarda gedir. Bu zaman koronar arteriyanın boşluğunda nəzərə çarpacaq daralma baş verir və miokardın oksigenə olan təlabatı artır. Miokrd oksigenlə az qidalandıqda prearteriolun aydın spazmı baş verir və ürək əzələsində keçirici işemiya sahəsi meydana çıxır.
Distal nahiyyədə kompressor olaraq arteriolların genişlənməsi baş verir və koronar mənfəzin belə qeyri-düz zədələnməsi işemiyanın daha da dərinlənməsinə səbəb olur. Bundan başqa təsvir olunmuş damar mənfəzinin mikrosirkulyator disfunksiyası trombositlərin aqreqasiyasının artmasına və qanın reoloji xüsusiyyətlərinin pisləşməsinə gətirib çıxarır.
Xəstəliyin əmələ gəlməsində rolu olan risk amilləri:
* hiperlipidemiya
* arterial hipertonbiya
* şəkərli diabet
* trombogen amillər
* siqaret çəkmə
* hormonal dəyişikliklər
* azhərəkətli həyat tərzi
* piylənmə
* mənfi emosiyalar
* hiperurikemiya
* irsi faktorlar
* qanın laxtalanma sisteminin pozulması.
Kardiologiya assosiasiyasının tövsiyəsinə əsasən xəstəliyin əmələ gəlməsində aşağıdakı risk faktorları rol opynayır:
1. Hiprexolesterimiya
2. Triqliseridemiya
3. Yüksək arterial təzyiq
4. Bədən çəkisinin 30%-dən çox olması
5. Hiperqlikemiya
6. Qlükozaya talerantlığın azalması.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mikrovaskulyar disfunksiya" haqqında müzakirə