Əncirin faydaları

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 3 902
  • 0 rəy

Fəsiləsi tut hündürlüyü 15 metrə çatan qolbudaqlı və ya ağac bitkisidir. Bütün hissələrində ağ rəngli südə bənzər şirə toplanır. Növbəli düzülmüş, iri, 3-5-7 dilimli , tünd-yaşıl rəngli , sərt, alt səthi tükcüklü yarpaqlara malikdir.
Tarixi məlumatlara görə əncir e. 5 min il əvvəl Aralıq dənizi sahili ölkələrində və Yəməndə becərilib , oradan Misirə , Yunanıstana və digər ölkələrə aparılıb. Hazirda əncirin 600 qədər növü məlumdur.
Yetişmiş meyvəsinin tərkibində çoxlu qida maddələri , 12-24 % qədər şəkərlər, B1,B2 və C vitaminləri , karotin , K, Ca, Mg, P, Fe və digər mineral maddələr , sellüloza ,1% qədər sərbəst turşular , pektin maddələri və s. vardir.
Əncir meyvələrində təzə dərilmiş, yəni natural şəkildə və qurudulmuş formada istifadə edirlər. Yeyinti sənayesində əncirin meyvəsindən cem, kompot,konfet, pastil və s. istehsal olunur.
Əncir meyvəsi ürək- damar sistemi xəstəliklər, venoz çatişmazlıq, tromboz, qan azlığı( anemiya) çox faydalıdır. Bu meyvə həzmyaxşılaşdırır , yüngül işlədici həmcinin və tərqovucu təsir göstərir. Əncir meyvəsini acqarnına yemək çox faydalıdır. O, tez həzm olunur , iştahanı artırır və digər qidalarında həzmini surətləndirir.
Əncir meyvəsini südlə bişirməklə alınan şərbət sinəni , mədəni və boğazı yumuşaldır, diş ətini möhkəmlədir, ağrıları sakitləşdirir. Əncir meyvəsi bədənin hərarətini aşağı salır,susuzluğu yatırır,tərlədici təsir göstərir və tər vasitəsilə orqanizmdəki zərəli və zəhərli maddələri çıxarır. Qurudulmuş meyvəsini qoz ləpəsilə qarışdırıb yedikdə bədənin müqaviməti artır,cinsi faliyyət güclənir,püstə və badam ləpəsi ilə qarışdırıb yedikdə isə hafizə güclənir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Əncirin faydaları" haqqında müzakirə