ƏNCİR YAĞININ FAYDALARI

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 478
  • 0 rəy

ƏNCİR YAĞININ FAYDALARI.

Əncir yağı əncirin toxumlarından alınır. Aparılan araşdırmalara görə əncir yağının bir çox faydaları var. Onun tərkibində olan D vitamini, omeqa 3, omeqa 6 və omeqa 9 var. Əncir yağının tərkibində olan omeqanın miqdarı balıq yağındakından heç də az deyil.
İnsanların saçları bəzi səbəblərdən tökülür. Kişilərdə genetik səbəbdən, qadınlatda isə bir çox səbəblərdən saçlar öz keyfiyyətini itirib, tökülürlər. İstinin, soyuğun təsiri, kefiyyətsiz şampunlar, stress, bəzi xəstəliklər saç tökülməsinə səbəb olur. Amma artıq qorxmaq lazım deyil, saçlara qulluq etmək, tökülmənin qarşısını almaq üçün əncir yağı sizin köməyinizə çatacaq.
Həftədə 2 və ya 3 dəfə saçlarınızın dibinə əncir yağı sürtsəniz tökülmənin qarşısı aınacaq. Tüklərinizin dibinə əncir yağını sürtüb, başınızın dərisini massaj edin və başınızı isti dəsmala büküb bir müddət saxlayın. Sonra dəsmalı açıb saçlarınızı yaxışıca yuyub, qurudun. Bu yağ sayəsində siz gözəl saçlara sahib olacaqsınız. Əncir yağı saçları nəmləndirməklə bərabər, uzanmasına da səbəb olur.
Əncir yağının ürək xəstəliklərinin profilaktikasında da böyük əhəmiyyəti var o, koronar damar çatmazlığının qarşısını alır.
Beyin və sinir sistemi xəstəliklərində omeqa yağ turşularının əhəmiyyəti böyükdür.
Əncir yağı sızanaq və akne xəstəliyində müalicəvi təsirə malikdir. Üzdə olan qara nöqtələr dərini kirli və yağlı göstərir. Üzdə olan qara nöqtələri buxara verib sıxdıqdan sonra, yerinə əncir yağı sürtülsə bir müddət sonra qara nöqtələr itəcək. Bu müalicə bir neçə dəfə təkrarlanarsa qara nöqtələr tamamilə yox olacaq.
Arıqladıqdan sonra dəridə qalan çat izlərini əncir yağı sürtməklə yox etmək olur.
Göz altındakı göyərmələrin rəngini əncir yağı vasitəsilə tamamilə açmaq olur.
Dodaqlarda olan quruluğu, uçuqlamanı aradan qaldırmaq üçün əncir yağı gözəl vasitədir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"ƏNCİR YAĞININ FAYDALARI" haqqında müzakirə