Polimielitəbənzər xəstəliklər

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 913
  • 0 rəy

Polimielitəbənzər xəstəliklər
Polimielitin praktiki olaraq ləğv olunması onun müxtəlif formaları ilə klinik oxşar olan yoluxucu xəstəliklərin xüsusi çəkisinin artması ilə müşahidə edilir. Koksaiki virusları, ECHO, enteroviruslar və epidemik parotit virusları polimielitəbənzər xəstəlikləri törədən səbəblər arasındadır.
Mənzərəsi polimielitin iflicsiz formasına daha çox oxşayır. Uşaqlar daha çox bu xəstəliyə yoluxurlar. Titrəmə, kəskin rinit, faringit, qusma və ishal xəstəliyin əsas əlamətlərdir. Tez-tez məxmərəyəbənzər səpgilər müşahidə edilir. Baş ağrısı, ənsə əzələlərinin rigidliyi, əzələ gərginliyi, yorğunluq, əzələ zəifliyinin inkişafı sinir sisteminin prosesə cəlb olunduğunu göstərir. Xəstəliyin gedişi ağır olmur, 1-2 həftədən sağalma baş verir.
Meningeal, spinal, kötük və poliradikulonevrotik formalar ayırd edilir.
Polimielitə bənzər xəstəliyin kötük formasının əsas əlamətləri – mimiki əzələlərin periferik parezidir, bulbar pozulmalar nadir hallarda baş verir.
Enterovirus kəskin hemorragik konyuktivitin epidemik endemiyalarını törədir. Nevroloji əlamətlər kəskin hemorragik konyuktivit simptomatikasından sonra baş verdiyinə baxmayaraq, bu zaman praktik olaraq virusu müəyyən etmək olmur.
Diaqnozu:
Diaqnoz seroloji reaksiyalar əsasında qoyulur. Xəstəliyin görünən əlamətləri və toplanan anamnez də diaqnozun qoyulmasına yardımçı olur.
Müalicəsi:
Qammaqlobulin, C vitamini, desensibilizəedici vasitələr, antidepressantlar və trankvilizatorlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Polimielitəbənzər xəstəliklər" haqqında müzakirə