AĞCİYƏR XƏRÇƏNGİ

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 5 482
  • 0 rəy

Ağciyər xərçəngi xoşxassəli və bədxassəli olur. Adətən xoşxassəli şişlər ağciyər toxumalarını dağıtmır, infiltiratlaşdırmır, metstazlar vermir. Ağciyərin bədxassəli şişləri isə ətraf toxumaları dağıdır, metastazlar verir.
Ağciyərin xərçəngi bütün ağciyər törəmələrinin 90%-dən çoxunu təşkil edir. Bu xəstəlik 45-70 yaşlarında kişilərdə bütün şiş xəstəliklərinin 35%-ni, qadınlarda isə 30%-ni tutur. Son illər qadınlar arasında ağciyərin birincili xərçənginin tezliyinin artması qeyd olunur.
Ağciyər xərçənginin tipinə görə aşağıdakı növləri var:
– adenokarsinoma
-kiçik hüceyrəli xərçəng
-irihüceyrəli xərçəng
-yastı hüceyrəli xərçəng
Xəstəliyin lokalizasyasına, inkişaf istiqamətinə görə, xəstəliyin mərhələlərinə görə də, müxtəlif formaları vardır.
Xəstəlik birinci mərhələdə məhdud şiş və metastazın olmaması ilə xarakterizə olunur. İkinci mərhələ şiş və limfa düyünlərində tək-tək metastazın olması, üçüncü mərhələdə döş qəfəsinə və plevraya yayılmış metastazla xarakterizə olunur. Ağ ciyər xərçənginin ən ağır forması dördüncü mərhələsidir.
Etiologiyası: Kişilərdə ağciyər xərçənginin baş verməsini papiros tüstüsünün kansorogen tərkibi ilə bağldır. Ağciyər xərçənginin əmələgəlmə səbəbi kimi sənaye zəhərlənmələri də istisna olunmur.
Ağciyər xərçəngi zamanı xəstələr öskürək və qanhayxırmadan şikayət edirlər. Xəstələrdə təngnəfəslik, döş qəfəsində ağrı və nevroloji əlamətlər baş verir. Xəstəliyin erkən mərhələsində kliniki əlamətlər aşkar edilmir. Amma şiş böyüdükcə lokalizasiyasından asılı olarak kliniki əlamətlər də artmağa başlayır.
DİAQNOZU: Xəstəliyin diaqnozu rentgen, kompyuter tomoqrafiya, MRT-nin nəticələrinə əsasən qoyulur. Biopsiya ilə müayinəsi də xəstəliyin müayinəsində mühüm rol oynayır.
MÜALİCƏSİ: Ağciyər xəstəliyinin müalicəsi onkoloqlar tərəfindən aparılır. Xəstəliyə nə qədər erkən diaqnoz qoyulub müalicə olunarsa, bir o qədər yaxşıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"AĞCİYƏR XƏRÇƏNGİ" haqqında müzakirə